Ərdoğandan Putinə: “Bununla nə etmək istəyirsiniz?”


Siyasət 13 Dek 2015 21:05:12 326 0

Ərdoğandan Putinə: “Bununla nə etmək istəyirsiniz?”

Nəyi araşdırırlarsa, araşdırsınlar, radar müşahidələrimiz var. Sərhədimizə yaxınlaşdıqları və 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq etməyimizə baxmayaraq hava məkanımızı pozduqları ortadadır. NATO-dakı müttəfiqlərimizin də qeydləri Türkiyəyə verilib. Onların da qeydləri bizi təsdiq edir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əl Cəzirə telekanalına verdiyi açıqlamasında deyib.

 

“Boğazlarımızdan keçən bir rus gəmisində əsgərlər çiyinlərindəki raketlə poza verir. Bunlar çox duyğusal, uşaq hərəkətləridir. Bununla nə etmək istəyirsiniz? Sarayburnunda 3 NATO gəmisi var. Gərginlik tərəfdarı olsaq vəziyyət tamam başqa olar. Biz diplomatik yolla həllin tərəfdarıyıq”, - Ərdoğan bildirib.