Kazanda məbəddə yanğın baş verib, 1 nəfər yanaraq ölüb


Dünya 10 Apr 2017 09:38:37 77 0

Kazanda məbəddə yanğın baş verib, 1 nəfər yanaraq ölüb

Yağın məbədin dam ötrüyündə başlayıb

Bu gün səhər saatlarındaKazanda Bütün dinlərin məbədində yanğın baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu haqda Tatarıstan Respublikası Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

İnformasiyaya əsasən, yağın məbədin dam ötrüyündə başlayıb. Yanğın söndürüləndən sonra binanın içindən naməlum kişi meyiti aşkarlanıb. Hazırda yanaraq ölən şəxsinkimliyi müəyyənləşdirilir.

Qeyd edək ki,Bütün dinlərin məbədi 1994-cü ildə heykəltaraş, rəssam, arxiterktor və təbib İldar Xanov tərəfindən tikilib. Məbəddə 16 dinə, o cümlədən məhv olmuş inanclara aid elementlər öz əksini tapıb. Binada müxtəlif mədəni tədbirlər keçirilir. Adi günlərdə ora giriş qadağandır.

Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı