Neftin yaxın 5 il üçün qiymət proqnozu azaldılıb
İqtisadiyyat 04 Apr 2017 15:51:55 97 0
"Argus" şirkətinin ekspertləri neftin maksimum 60 dollar/barelə kimi bahalaşacağını düşünürlər
Şirkətin Neft-kimya Departamentinin vitse-prezidenti Deyv Makkaskil (Dave McCaskill) bildirib ki,"Argus" daha öncə neft qiymətlərinin yaxın 5 ildə 75 dollar/barelə qədər yüksələ biləcəyini proqnozlaşdırsa da,yeni hesabatda maksimal proqnoz 20% azaldılaraq60 dollar/barelə salınıb.
ABŞ-da şist neft hasilatının gözlənildiyindən tez sabitləşməsi qiymət proqnozunun azaldılmasına səbəb olub. Moskvada keçirilən "Rusiya və MDB qazının monetləşməsi" adlı konfransda çıxış edən D.Makkaskil bildirib ki, ABŞ-dakıneft hasilatçıları 35-40 dollar/barel maya dəyəri ilə neft hasil etməyə müvəffəq olub: "Hazırda neft bazarındakı çətin şəraitə baxmayaraq, onlar hasilatı artırır. Bu artım düşündüyümüzdən daha yüksək səviyyədə baş verir".
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o
