Stomatoloqun baş tutmayan narkobaronluq sevdası


Digərləri 03 Apr 2017 19:50:00 91 0

Stomatoloqun baş tutmayan narkobaronluq sevdası

Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan 34 yaşlı Bərdə rayon sakini Mirdamət Əkbərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Zeynal Ağayev sədrlik edib.

İttihama görə, Mirdamət Əkbərov şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı - "Elçin" adlı şəxslə cinayət əlaqəsinə girib. Aralarındakı razılaşmaya əsasən, 1500 manat müqabilində həmin şəxsin gömrük nəzarətindən gizli keçirib Cəlilabad rayonundakı Olimpiya İdman Kompleksindən 100 metr aralıda yerləşən ağacın alıtnda gizlətdiyi 609,2 qram narkotik vasitəni yaşadığı evə gətirərək saxlayıb. Ötən ilin avqust ayında isə həmin narkotik vasitəni özü ilə Bakı şəhərinə gətirərək tanışı Samir Mahmudovun evində gizlədib.

8 avqust 2016-cı ildə M.Əkbərov Xətai rayonu, Gəncə prospektindəki "Fəridə" şadlıq evinin qarşısında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Onun üzərindən 5,3 qram həşiş qətranı aşkar edilərək götürülüb. Daha sonra polis əməkdaşları onun yaşadığı mənzilə baxış keçiriblər. Həmin vaxt M.Əkbərov mənzildəki paltar dolabının içərisindən çıxartdığı yarım kilodan artıq (604 qram) narkotik vasitəni polis əməkdaşlarına təqdim edib.

Təqsirləndirilən şəxs qismində dindirilən Mirdamət Əkbərov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində damar genişlənməsindən əziyyət çəkdiyini, 2016-cı ilin əvvəlində bununla bağlı İran İslam Respublikasının Ərdəbil şəhərində əməliyyat olunduğunu, bir həftə həmin şəhərdə qaldığını göstərib. Orada İran İslam Respublikasının vətəndaşı Elçin adlı şəxslə tanış olub. Söhbət əsnasında Elçinə maddi imkanının aşağı olduğunu, dolana bilmədiyini söyləyib. Elçin isə "məndə müxtəlif növ narkotik vasitələr olur, təşkil edə bilərəm, özüm yox, tanışlarım vasitəsilə göndərərəm" deyib. Aralarındakı razılığa əsasən, Elçin narkotik vasitəni Cəlilabad rayonunda yerləşən Olimpiya İdman Kompleksindən 100 metr aşağıdakı 70 ədədi yazılan yol nişanının yanındakı ağacın altında gizlədəcəyini deyib:"Narkotik vasitəni satmaq üçün deyil, özüm üçün istifadə edəcəkdim. Əməliyyat olunduğumdan ağrılarımın olacağını ehtimal edirdim. Elçin narkotiki Cəlilabada göndərdikdən sonra mənə məlumat verəcəkdi".

M.Əkbərovun ifadəsinə görə, İrandan Azərbaycana qayıtdıqdan bir müddət sonra Elçin onunla telefon əlaqəsi saxlayıb, pulu düzəldə bilib-bilmədiyini soruşub: "Cəmi 1500 manat düzəltdiyimi dedim. Bir gün sonra yenidən zəng vurub narkotik vasitəni dediyi yerə qoyduğunu, onu götürdükdən sonra pulu həmin yerə qoymağı tapşırdı. Cəlilabada gedib həmin ərazini tapdım. Narkotik vasitəni oradan götürüb, pulu həmin yerə qoydum. Zəng vurub özünə də dedim. Evə gəlib torbanın içərisindəki yapışqan lentlə bağlanmış həşiş qətranını adi tərəzi ilə çəkdim. 680 qram idi. Bu barədə evdə heç kimə heç nə demədim. Narkotik vasitəni həyətdəki köhnə şkafın içərisində gizlətdim".

Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı