Şərurlu İsfəndiyar tək deyilmiş


Digərləri 02 Apr 2017 15:13:00 69 0

Şərurlu İsfəndiyar tək deyilmiş

Ötən həftənin şoku Şərurlu İsfəndiyar oldu.

Yazıb-oxuya bilmədiyini etiraf edən iş adamı, milyonların sahibi... Hamımız şoka düşüb, onun hekayəsini araşdırmağa başladıq. Doğrudanmı ali yox, orta da yox, ibtidai təhsili olmayan biri bu qədər uğura imza ata, pul qazana, milyonları idarə edə bilərmi?

Amma "əlahəzrət internet" bizə dünyanı pulla idarə edən şəxslərin ilginc hekayələrini təqdim etdi.

Son.az musavat.com-a istinadən xəbər verir ki, məlum oldu ki, Şərurlu İsfəndiyar heç də tək deyilmiş. Yəni, onun kimi kitaba-dəftərə qarşı laqeyd olanlar dünyada xeyli çoxdur. Sən demə, təhsil almadan da həyat səxavətli davrana bilirmiş.

Onlardan bəzilərinin hekayəsinə nəzər salaq:

"MƏNİM LİSEY DİPLOMUNA EHTİYACIM YOXDUR" DEDİ VƏ MİLYONER OLDU

Amancio Ortega: ZARA tekstil və mağaza zəncirlərinin sahibi olan iş adamı 14 yaşında liseydən qovulub. Hazırda 25 milyardlıq bir sərvəti var.

Francois Pinault: Fransanın ən varlı üçüncü adamı isə Gucci, Converse ve Somsonitenin sahibidir və heç orta təhsili də yoxdur.

Billy Joel "Columbia Universitetinə getməyəcəm. Əvəzində Columbia Plak şirkətinə gedəcəm. Orada isə lisey diplomuna ehtiyac yoxdur" deyib. O, hazırda 160 milyon dollarlıq sərvətə sahibdir.

Catherine Zeta-Jones: Londonda 15 yaşında liseyi kino ulduzu olmaq üçün tərk edib. Hazırda 45 milyon dollarlıq sərvətə sahibdir.

Carl Lindner: Süd satmaq məqsədi ilə qapı-qapı gəzmək üçün liseydən çıxıb. Chiquita bananlarının sahibi və dondurma kralı ünlü iş adamıdır. Sərvəti 1.7 milyard dollardır.

Curtis James Jackson (50 Cent): Məşhur qaradərili müğənni də New Yorkun Jamaica məhəlləsində getdiyi məktəbi 12 yaşında tərk edib.

Stiv Cobs biznes dünyasında uğur qazansa da, universitetdə isə ən uğursuz tələbələrdən biri olub.

DİPLOMSUZ MİLYARDERLƏR - SİYAHI ŞOKA SALIR

"The Forbes" jurnalı diplomu olmayan 25 milyarderin reytinqini hazırlayıb. Reytinqə litseyi 17 yaşında tərk edən, "Oskar" mükafatlı məşhur aktyor Robert de Niro başçılıq edir. Diplomsuz milyarderlər arasında boksçu Corc Frimen, model Gisel Bundhen, kompüter texnologiyalarının əfsanəsi Cim Klark, aktyor Sidney Poyter, aktrisalar Uma Turman və Cessika Simpson, iş adamı Fransua Pino, müğənni və bəstəkar Billi Coel, aktrisa Ketrin Zeta-Cons, süd və banan maqnatı Karl Lindner, iş adamı Riçard Brenson, müğənni Körtis Ceyms Cəkson, media maqnatı Larri Flint də var.

Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı