Ombudsman: "31 mart Azərbaycanlıların soyqırımına beynəlxalq miqyasda hüquqi qiymət verilməyib"


Digərləri 29 Mar 2017 15:37:00 118 0

Ombudsman: "31 mart  Azərbaycanlıların soyqırımına beynəlxalq miqyasda hüquqi qiymət verilməyib"

"31 mart - Azərbaycanlıların soyqırımına beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməyib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ombudsman Elmira Süleymanova 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi-praktik konfransda çıxışı zamanı deyib.

E.Süleymanova bildirib ki, Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. Eyni zamanda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur.

E.Süleymanova bildirib ki, XIX əsrin əvvəllərindən başlayaraq, tarixi Azərbaycan torpaqları olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülüb. Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə "Böyük Ermənistan" dövləti yaratmaq olub.

Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı