Salyan sakinində 5 kiloqram narkotik aşkar olunub


Sosial 27 Mar 2017 16:00:00 62 0

Salyan sakinində 5 kiloqram narkotik aşkar olunub

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri operativ əməliyyat – axtarış tədbirləri nəticəsində rayonun Qaraçala qəsəbəsində yerləşən evlərin birindən küllü miqdarda narkotik aşkar edilərək götürülüb.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, qəsəbə sakini 1967-ci ildə anadan olmuş Məmmədov Elşən Ağalar oğlunun evindən və həyətindəki yardımşı tikilidən 5 kq- yaxın qanunsuz olaraq satış məqsədi ilə saxlanılan tiryək və mariuxana , eyni zamanda 14 ədəd kibrit qutusunda satış məqsədi ilə qablaşdırılmış mariuxana və həyətində aqrotexniki qaydada becərilən 1 ədəd çətənə kolu aşkarlanıb. Hadisə yerinə əməliyyatçılarla yanaşı Salyan rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri də gəlib. 50 yaşlı Elşən Məmmədovun əvvəllər də narkotik vasitələrin qanunsuz satışına görə məhkum olunduğu deyilir.

Faktla bağlı cinayət işi qaldırılıb.

Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı