Azərbaycanlı milyarderlərin bürcləri nədir? FOTO


Digərləri 25 Mar 2017 20:41:00 80 0

Azərbaycanlı milyarderlərin bürcləri nədir?  FOTO

Vahid Ələkbərov - Qız bürcü

Son.az bizplus.az-a istinadən bildirir ki, Lukoyl şirkətinin prezidenti Vahid Ələkbərov dünyanın ən zəngin insanları siyahısında ilk qırxlığa daxil olan yeganə azərbaycanlıdır. O, 1 sentyabr 1950-ci ildə Bakının Qaraçuxur qəsəbəsində anadan olub. İş həyatına 8 yaşından başlayıb. Forbesə görə Vahid Ələkbərovun sərvəti 14.1 milyard dollardır.

Qod Nisanov - Buğa bürcü

Yəhudi əsilli Azərbaycanlı iş adamı Qod Nisanov 1972-ci il aprelin 24-də Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. 1990-cı ildən etibarən Moskvada biznes ilə məşğul olmağa başlayıb. Forbesə görə Qod Nisanovun 3 milyard dollar sərvəti var.

Zarah İliyev - Qız bürcü

Yəhudi əsilli Azərbaycanlı iş adamı Zarah İliyev də Vahid Ələkbərov kimi qız bürcündəndir. O, 1966-cı il sentyabrın 8-də Quba rayonundakı Qırmızı qəsəbədə anadan olub. Zarah İliyev 17 yaşında Quba rayonunu tərk edərək Moskvaya köçüb və ticarətlə məşğul olmağa başlayıb. O, Profsoyuznaya və Qaribaldi küçələrinin kəsişməsində gül satmaqla pul qazanıb. Bir neçə ildən sonra isə Zarah elə bu küçələrin kəsişməsində "Panorama" ticarət mərkəzini tikdirib. Sərvəti 3.2 milyard dollardır.

Araz Ağalarov - Əqrəb bürcü

Araz Ağalarov 1955-ci il noyabrın 8-də Bakıda anadan olub. 1977-ci ildə Bakı Politexnik Universitetinə qəbul olmuş, 1982-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Elə həmin il Moskvaya gedərək aspiranturaya daxil olub. 1988-ci ildən bizneslə məşğuldur. Forbesə görə Araz Ağalarovun 1,75 milyard dollarlıq sərvəti var.

Fərhad Əhmədov - Qız Bürcü

Siyahımızdakı artıq 3-cü qız bürcündən olan milyarderdir. Fərhad Əhmədov 15 sentyabr 1955-ci ildə Bakıda anadan olub. O, gənc məktəbli ikən 48 rubl ilə Moskvaya yola düşüb. Xəz dəri mütəxəssisi kimi Moskva Baytarlıq Akademiyasını bitirib. Bir neçə ildən sonra artıq bütün dünyada neft və qaz şirkətlərinə maşın satmağa başlayıb və daha sonra özü istehsal edib. 1980-ci ildə Londona hərəkət edən ilk azərbaycanlı iş adamı da həmçinin Fərhad Əhmədovdur. İş adamının 1.4 milyard dollar sərvəti var.


Xəbərə aid fotolar

Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı