Neftçala sakini külli miqdarda narkotik maddə ilə saxlanılıb - FOTO


Sosial 24 Mar 2017 20:48:41 79 0

Neftçala sakini külli miqdarda narkotik maddə ilə saxlanılıb - FOTO

Onun evində iki ədəd qanunsuz silah da aşkar olunub

Neftçala rayonunda yerli sakinin evindən küllü miqdarda narkotik maddə aşkar olunub.

“Report”un Aran bürosu xəbər verir ki, bu, Neftçala rayon Polis şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında aparılan əməliyyat-axtarış tədbirləri sayəsində mümkün olub.

Əməliyyat nəticəsində rayonun 1-ci Qaralı kənd sakini, əvvəllər məhkum olunmuş 42 yaşlı Nizami Hacı oğlu Dadanov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman birinci mərtəbədə şkaflarda gizlədilmiş müxtəlif sellofan bağlamalarda, bankalarda və kibrit qutularında təxminən 2,5 kiloqram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Bununla yanaşı evdə qanunsuz saxlanılan 12 və 16 kalibrli ov tüfəngi də aşkarlanıb. Hal şahidlərinin iştirakı ilə narkotik maddələr və ov tüfəngləri maddi sübut kimi götürülərək şöbəyə aparılıb.

Faktla bağlı Neftçala rayon Polis şöbəsinin təhqiqat qurupunda araşdırma aparılır.

Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı