Rusiyalı milyarderlərin


Digərləri 20 Mar 2017 18:30:00 68 0

Rusiyalı milyarderlərin

"Forbes" jurnalının illik dərc olunan rusiyalı milyarderlərin reytinqində ardıcıl ikinci dəfə "Novateka" və "Sibura"nın sahibi Leonid Mixelson birinci olub. Onun sərvəti 18,4 mlrd. dollar (illik artım - 4 mlrd. dollar) məbləğində dəyərləndirilib.

Ümumdünya reytinqində isə Mixelson 46-cı yeri tutub.

Son.az report.az-a istinadən bildirir ki, rusiyalı milyarderlərin reytinqində ikinci yeri (ümumdünya reyrinqində 51-ci yer) 17,5 mlrd. dollarla (+6,6 mlrd. dollar) "Rusiya poladı" konsorsiumunun prezidenti, Müşahidə Şurasının üzvü, Ümumdünya Polad istehsalçıları Assosiasiyasının sədr müavini Aleksey Mordaşov, III yeri (ümumdünya reytinqində 57-ci yer) Novolipetsk Metallurgiya Kombinatının əsas sahibi, Direktorlar Şurasının sədri Vladimir Lisin tutublar. Jurnal onun sərvətini 16,1 mlrd. dollar (+6,8 mlrd.) hıcmində dəyərləndirib.

Həmçinin, ən varlı Rusiya milyarderlərinin siyahısına Gennadi Timçenko, Alişer Usmanov, Vahid Ələkbərov, Mixail Fridman, Vladimir Potanin, Andrey Melniçenko, Viktor Vekselberq, Roman Trotsenko, Sergey Qordeyev və Aleksandr Klyaçin daxil olub.

Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı