Hacıqabulda "Baron" ləqəbli narkotik alverçisi saxlanıldı


Digərləri 17 Mar 2017 17:56:00 114 0

Hacıqabulda "Baron" ləqəbli narkotik alverçisi saxlanıldı

Hacıqabul rayon sakini, 1960-cı il təvəllüdlü Abbasov İbrahim Eldar oğlu narkotik maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılıb.

APA-nın məlumatına görə, İ. Abbasovun üzərinə baxış keçirilərkən 2 ədəd kibrit qutusuna qablaşdırılan 3,61 və 4,02 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, İ. Abbasovun yaşadığı evin zirzəmisinə baxış zamanı oradan 1,040 kq narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb.

Daha əvvəl Rusiya Federasiyasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə məhkum olunmuş İ. Abbasov kriminal aləmdə “Baron” ləqəbi ilə tanınır.

Faktla bağlı Hacıqabul Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı