Baş nazirin müavini qiymət artımından


Digərləri 16 Mar 2017 14:18:00 87 0

Baş nazirin müavini qiymət artımından

Baş nazirin müavini Əli Əhmədov Novruz bayramı öncəsi bazarlarda məhsulların qiymətlərinin qalxması barədə səslənən məlumatlara münasibət bildirib.

Son.az trend-ə istinadən xəbər verir ki, baş nazirin müavini bildirib ki, bu yaxınlarda Novruz bayramı öncəsi qiymətləri nəzarətdə saxlamaq üçün bir neçə marketdə olub: "Qiymət yanaşmaları müxtəlifdir. Mətbuat qiymətlərin qalxması barədə daha çox həyəcan təbili çalır. İki böyük ticarət mərkəzinə səfərim zamanı qiymətlərin insanları narahat edəcək dərəcədə qalxmadığını müşahidə etdim. Bunu öz gözlərimlə gördüm".

Ə.Əhmədov bildirib ki, Azərbaycanda ənənəvi olaraq, həmişə bayram öncəsi məhsullarda qiymətlər qalxır, amma bu, belə olmamalıdır: "Ticarətçilər bayram öncəsi müştərilərin çoxaldığını görürlər və bundan istifadə edirlər. Bəlkə də başqa cür olsaydı, daha yaxşı olardı. Amma bu da reallıqdır".

Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı