"Mənə vermişdilər saxlamağa": Narkotik gizlədən şəxs


Digərləri 14 Mar 2017 21:13:00 80 0

"Mənə vermişdilər saxlamağa": Narkotik gizlədən şəxs

Sumqayıtda polis narkotik maddələrin saxlanılması və alqı-satqısı ilə məşğul olan şəxsi saxlayıb. Həmin şəxsin üzərindən və evindən külli miqdarda heroin aşkar edilərək götürülüb. Polis bundan başqa 7 ay ərazində şəhər ərazisində silsilə oğurluqlar edən şəxsi də tutub.

Özünü şübhəli aparan şəxsi polis saxlayıb və onun üzərindən nartkotik maddə çıxıb. Son.az xezerxeber.az-a istinadən bildirir ki, daxil olan məlumat əsasında Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Cabir Qayıbov saxlanılıb və onun üzərindən az miqdarda heroin aşkar edilib. Sonra onun yaşadığı evin həyətyanı sahəsindən 2 kiloqram 45 qram heroin və 3 kiloqram 170 qram marixuana da aşkar edilib. Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni satmaq niyyəti ilə əvvəldən tanıdığı İran vətəndaşından aldığını bildirib. Sumqayıt polisi daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin sentyabr ayından bu ilin mart ayına kimi şəhər ərazisində silsilə oğurluq cinayətləri törətməkdə şübhəli bilinən Əşrəf Qəniyevi də saxlayıb. Araşdırma zamanı Əşrəf Qəniyev ümumilikdə altı çay evi, bir market və 3 fərdi yaşayış evindən pul, elektrik naqili, təmir-tikinti alətləri, tütün məmulatları, televizor və kondisionerlər oğurlaması müəyyən edilib. Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı