Narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən şəxsin məhkəməsi başlayıb


Sosial 14 Mar 2017 14:38:28 81 0

Narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Məhkəmənin baxış iclası martın 27-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Renad Əliyevin cinayət işi məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 27-nə təyin edilib.

Qeyd edək ki, R.Əliyev ötən il oktyabr ayının 18-də həbs edilib. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, R.Əliyevin qardaşı Riyad Əliyev Təfəkkür Universitetinin Kiyev filialının keçmiş rektoru olub. Azırbaycan dövləti Riyad Əliyevi İnterpol xətti ilə beynəlxalq axtarışa verib.

Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı