Cəlilabad sakini 2 kq-dan çox narkotik vasitə ilə saxlanılıb - FOTO


Sosial 12 Mar 2017 15:56:59 76 0

Cəlilabad sakini 2 kq-dan çox narkotik vasitə ilə saxlanılıb - FOTO

O, narkotik vasitələri satarkən polis tərəfindən tutulub

Biləsuvarda Cəlilabad sakinindən külli miqdarda narkotik maddə götürülüb.

“Report”un Aran bürosu xəbər verir ki, Biləsuvar rayon Polis şöbəsinin keçirdiyi əməliyyat zamanı narkotik alverçisi iş başında yaxlanıb.

Müəyyən olunub ki, Cəlilabad rayon sakini Elnur Quliyev bir müddət əvvəl İrana gedib və orada Hacı adlı şəxsdən satış məqsədi ilə külli miqdarda narkotik vastə alıb. O, daha sonra narkotik maddəni Dövlət sərhədindən qaçaq yolla Azərbaycan tərəfə keçirib. Lakin narkotik vasitələri satarkən polis tərəfindən tutulub.

Saxlanılan zaman onun üzərindən 935 qram tiryək, 990 qram heroin və ümumilikdə 2 min 170 qram müxtəlif növ narkotik vasitə aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı