Narkotik çəkib oğurluq etmək istədi VİDEO FOTO


Digərləri 10 Mar 2017 17:35:00 86 0

Narkotik çəkib oğurluq etmək istədi  VİDEO  FOTO

"Həyat yoldaşı çıxdı, mən də qaçdım"

Abşeronun Hökməli qəsəbəsi, Rəsulzadə küçəsi 37 ünvanında yaşayan Sahibə Mirzəyeva Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək evinə girən quldurun onu bıçaqla hədələyərək pul tələb etdiyi barədə məlumat verib.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, zərərçəkən bildirib ki, quldur onun ərini gördükdə qaçıb.

Qadının həyat yoldaşı Habil Soltanov da iddiaları təsdiqləyib.

Rayon Polis İdarəsinin əməliyyatçıları şikayət əsasında əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Nəticədə quldurluq hadisəsini törətməkdə şübhəli bilinən 28 yaşlı Səbuhi Həmidovu yaxalayıblar. Narkotik istifadəçisi olduğunu bildirən Hökməli sakini Səbuhi Həmidov əməlini etiraf edib. O, cinayəti narkotik vasitənin təsiri ilə törətdiyini bildirib.

Səbuhi Həmidov (saxlanılan şəxs): "Dərmanını atmışam 1-2 dəfə. Axırıncı dəfə də həmin dərmandan istifadə etmişəm, ağlım başımda olmayıb, gedib girmişəm evə qadın çıxıb qabağıma. Qızıl tələb etmişəm ondan. Sonra yoldaşı çıxdı, qoyub qaçdım. Başqa heç nə, çox peşmanam".


Xəbərə aid fotolar

Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı