Narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib


Sosial 10 Mar 2017 17:03:39 103 0

Narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası martın 14-nə təyin edilib

Narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Renad Əliyevin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşaraq məhkəməyə göndərilib.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası martın 14-nə təyin edilib.

İşə hakim Eldar İsmayılovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, R.Əliyev ötən il oktyabr ayının 18-də həbs edilib. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, R.Əliyevin qardaşı Riyad Əliyev Təfəkkür Universitetinin Kiyev filialının keçmiş rektoru olub. Azırbaycan dövləti Riyad Əliyevi İnterpol xətti ilə axtarışa verib.

Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı