Məşhurlar internat məktəbində böyüyən gənclərin toyunda - fotolar


Şou-biznes 08 Mar 2017 11:27:00 225 0

Məşhurlar internat məktəbində böyüyən gənclərin toyunda -  fotolar

ATV telekanalı  internat məktəbində böyüyən Sevinc və Səxavət adlı gəncə toy edib. 

Axşam.az-ın məlumatına görə, “Bizimləsən” verilişinə müraciət edən gənclərin toyu ötən gün baş tutub.

Proqramın prodüseri Faiq Ələkbərli bildirib ki, toyun baş tutmasında onlara bir çox sənət adamı da dəstək olub:

“Sevinc Qubada internat məktəbində böyüyüb. “Bizimləsən” verilişinə müraciət edən Sevincin gözləri əməliyyat olunub. Onu proqramda görən Elnarə xanım elçi düşüb və oğlu Səxavətlə evlənməsini istəyib. Səxavəti anası evi olmadığı üçün Qubada yerləşən internat məktəbinə verib. Toyu müğənni kimi Nazənin idarə etdi. Müğənni Elçin Hüseynovun rəhbərlik etdiyi şadlıq evində baş tutdu. Məclisdə verilişimizin ekspertləri iştirak ediblər”.

Sevinc və Səxavətin toy məclisinə aparıcı Zaur Baxşəliyev də qatılıb. Şairə Nazilə Səfərli isə toyda həm aparıcılıq edib, həm də cütlüyün xına mərasimini keçirib.

Foto: Ramin ASLANOV