Almaniyada Azərbaycana göndərilən 195 kq narkotik ələ keçirilib


Digərləri 07 Mar 2017 22:45:00 193 0

Almaniyada Azərbaycana göndərilən 195 kq narkotik ələ keçirilib

Almaniya polisi Nürnberq şəhərinin yaxınılığında böyük həcmdə narkotik maddə daşıyan yük maşınını saxlayıb. Virtualaz.org alman mənbələrinə istinadən xəbər verir ki, yükün son dayanacağı Azərbaycan olacaqmış.

İş üzrə əsas təqsirləndirilən 51 yaşlı Lüdenşayd sakinidir. Onun iki əlaltısı olub – 46 yaşlı sürücü və narkotikləri yüklədiyini etiraf etmiş başqa bir şəxs.

Hollandiyadan yola düşmüş yük maşınında 195 kiloqram həşiş və marixuana aşkarlanıb. Polis əməkdaşları saxlanılanların yükün Azərbaycan üçün nəzərdə tutulduğunu söyləmələrindən təəccübləniblər – yol həddən artıq uzun və mürəkkəbdir. Saxlanılanlar yüklərinin mənbəyini açıqlamayıblar.

İstintaqın gedişində Türkiyə və Gürcüstanla əlaqələr də üzə çıxıb. Güman edildiyinə görə, Azərbaycana qədər yük bu ölkələrdən keçəcəkmiş. Ehtimal olunur ki, iş üzrə təqsirləndirilən şəxs əvvəllər bizim regiona 119 kq narkotik keçirib.

Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı