Xatunun uşağı ürəyi çöldə doğuldu FOTO


Dünya 06 Mar 2017 20:05:00 82 0

Xatunun uşağı ürəyi çöldə doğuldu  FOTO

Hindistanda 28 yaşlı Tazmina Xatun adlı qadın ilk uşağını dünyaya gətirib.

Ailə körpənin ektopia kordis adlı nadir rast gəlinən xəstəliklə doğulduğunu öyrənincə şok yaşayıb.

Ürəyi çöldə doğulan körpəni həkimlər əməliyyat ediblər. Körpənin ürəyi təcili əməliyyatla sinəsinin içinə qoyulub və onun həyatı xilas edilib. Ancaq daha böyük bir əməliyyat keçirməsi vacib olan körpə başqa bir xəstəxanaya köçürülüb.

Anası Tazmina hamiləliyi boyunca hər hansı bir problem yaşamadığını söyləyib.

Son.az Daily Mail-ə istinadən xəbər verir ki, doğuma qədər körpənin xəstəliyi bilinməyib.


Xəbərə aid fotolar