Kapitan 250-yə çatdı


İdman 01 Mar 2017 15:30:00 58 0

Kapitan 250-yə çatdı

“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov Azərbaycan Premyer Liqasının XX turunda yubiley qeyd edib.

Goal.az zəbər verir ki, müdafiəçi ölkə çempionatının yüksək dəstəsində 250-ci matçını keçirib. Bu müddətdə 7 qol vuran futbolçunun yubileyi “Zirə”ylə səfər matçında 0:1 hesablı məğlubiyyətlə nəticələnib.

Debütü 2005/06 mövsümünə təsadüf edən Hüseynov 12 çempionat ərzində cəmi 3 klubun formasını geyinib. İlk komandası olan “Turan”da 82 oyunda 3 qol vuran müdafiəçi “Qəbələ”də 65 matçda 4 dəfə fərqlənib. İndiki klubunda 103 dəfə meydana çıxan kapitan qol hesabını açmayıb.

Qeyd edək ki, Hüseynov Premyer Liqada 250 və daha çox oyun keçirən 53-cü futbolçu olub. Ötən tur onun komanda yoldaşı Fərhad Vəliyev 250-yə çatmışdı.

2005/06

Turan (Tovuz)

7

0

2006/07

Turan (Tovuz)

6

0

2007/08

Turan (Tovuz)

25

1

2008/09

Turan (Tovuz)

13

0

2008/09

Qəbələ

10

0

2009/10

Qəbələ

27

3

2010/11

Turan (Tovuz)

31

2

2011/12

Qəbələ

21

1

2012/13

Qəbələ

7

0

2013/14

Sumqayıt

22

0

2014/15

Sumqayıt

29

0

2015/16

Sumqayıt

33

0

2016/17

Sumqayıt

19

0

Cəmi

 

250

7