Düzgün qidalanmaq və gündə azı 20 dəqiqə piyada gəzmək ürəyi sağlamlaşdırır


Digərləri 27 Fev 2017 23:09:00 91 0

Düzgün qidalanmaq və gündə azı 20 dəqiqə piyada gəzmək ürəyi sağlamlaşdırır

Hazırda ürək-damar xəstəlikləri (ÜDX) dünyada ölüm hallarının ən geniş yayılmış səbəbidir. Özü bu, elmi-texniki tərəqqinin sürətlənməsinə, tibb texnikasının təkmilləşdirilməsinə, ixtisaslı tibb işçilərinin sayının artmasına, habelə yüksək keyfiyyətli dərman vasitələrinin yaradılmasına baxmayaraq baş

S.Hüseynov intervension kardioloq ixtisası haqqında məlumat verərək deyib: "Tibbin yeni sahəsi olan intervension kardiologiya özündə bu elmin əsas istiqamətləri ilə bərabər, kardiocərrahlığı və rentgenologiyanı birləşdirir. Bu sahə ÜDX-nin diaqnostikasına və bu xəstəliklərin kateterin dəri qatından yeridilməsi vasitəsilə müalicəsinə əsaslanır. Bu metodun köməyi ilə təkcə ürək nahiyəsində deyil, həm də baş beyin nahiyəsində qan dövranının vəziyyətini dəqiq müəyyənləşdirmək olar. Sirr deyil ki, insan orqanizminin bu iki orqanı ən mühüm orqanlardır. Buna görə də onların düzgün müayinəsi və müalicəsi bütün orqanizmin normal fəaliyyətinin qarantıdır. İntervension kardiologiya koronar angioqrafiya kimi diaqnostika metodunun köməyi ilə bu və ya digər xəstəlik barədə həkimlərə dəqiq məlumat verir. Bu məlumatlar sayəsində həkimlər həqiqətən səmərəli olan müalicə yolu seçməkdə çətinlik çəkmirlər".