Danışıq haqqını ödəməyə gedən kişi borcunu öyrənincə ÜRƏYİ GETDİ VİDEO FOTO


Dünya 23 Fev 2017 13:03:00 97 0

Danışıq haqqını ödəməyə gedən kişi borcunu öyrənincə ÜRƏYİ GETDİ  VİDEO  FOTO

Türkiyənin Muğla rayonunun Marmaris bölgəsində 90 yaşlı Hüseyin Cemil Acartürk telefon haqqını ödəmək üçün getdiyi şöbədə borcunun 700 lirə olduğunu öyrənincə ürəyi gedib. 

Son.az Milliyet-ə istinadən xəbər verir ki, yaşlı sakinin ürəyinin getdiyini görən şirkət səlahiyyətliləri həyəcanlanaraq nə edəcəklərini bilməyiblər. Tez bir zamanda ayılan Hüseyin Cemil Acartürk: "Mən o qədər telefonla danışmamışam. Mənə ödətmək istəyirlər. Danışıq haqqımın qəbzini verin mənə, başqa bir şey istəmirəm. İndi infarkt keçirib ölə bilərəm, sizdən də şikayətçiyəm" , - deyərək etirazını bildirib.

Səlahiyyətlilər isə bu məbləğin mərkəzdən onlara göndərildiyini bildirsələr də, məsələni yenidən araşdıracaqlarını deyiblər.

Məhəmməd Vaqif


Xəbərə aid foto