Makedoniya parlamentinin üzvü: "Dünya birliyi Xocalı soyqırımına hüquqi qiymət verilməlidir"


Siyasət 22 Fev 2017 18:38:44 104 0

Makedoniya parlamentinin üzvü: "Dünya birliyi Xocalı soyqırımına hüquqi qiymət verilməlidir"

Dünya Ermənistanın Qarabağda və Xocalıda həyata keçirtdiyi soyqırım siyasətinə dur deməlidir.

Son.az xəbər verir ki, bu sözləri Makedoniya parlamentinin deputatı, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti sədri Enes İbrahim Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı təssüratlarını bölüşərkən bildirib.

"XX əsrin ən böyük soyqırımlarından biri də Xocalı soyqırımıdır. Bu mövzuda danışmaq dəhşətlidir və insanın gözünün qarşısında soyqırımı əks etdirən kadrlar bir anlıq canlanır. İnsanlığa sığmayan bu vəhşiliklər təəssüflər olsun ki, baş verdi. Gün gələcək bunu edənlər beynəlxalq qanun qarşısında cavab verəcəklər".

Enes İbrahim işğalçı Ermənistanın separatçı Qarabağ rejiminin beynəlxalq hüququn subyekti kimi tanıtdırmaq siyasətinin fiaskoya uğradığını qeyd etdi.

"Azərbaycan bölgədə önəmli iqtisadi layihələrə imza atmaqla Ermənistanı oyundan kənar vəziyyətə gətirib. Bu gün Ermənistanın çıxış yolu Azərbaycanla anlaşmaq getməsidir. Əks-təqdirdə Ermənistanın siyasi-iqtisadi vəziyyəti pisləşəcək".

Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı