Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə dünya kubokunun açılışı olub


İdman 18 Fev 2017 23:26:00 157 0

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə dünya kubokunun açılışı olub

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarının fevralın 18-də təntənəli açılış mərasimi olub.

Milli Gimnastika Arenasında keçirilən mərasimdə yarışlarda iştirak edən ölkələrin bayraqları meydana gətirilib, komandalar təqdim olunub.

Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışıb, bu mötəbər yarışın ölkəmizdə təşkilindən məmnunluğunu bildirib.

Nazir vurğulayıb ki, mötəbər yarışda 15 ölkədən güclü atletlər Milli Gimnastika Arenasında birincilik uğrunda mübarizə aparırlar. Azərbaycan irimiqyaslı beynəlxalq turnirlərə, həmçinin Avropa və dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi edir. Beynəlxalq idman qurumları da bunu nəzərə alaraq belə mötəbər tədbirlərin keçirilməsini tərəddüdsüz olaraq ölkəmizə həvalə edirlər. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmiz ilk Avropa Oyunlarına, 42-ci Ümumdünya Şahmat Olimpiadası, Formula-1 yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Cari ildə ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları və qadın voleybol komandaları arasında Avropa çempionatı keçiriləcək.

Ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin ölkə idmanının inkişafı istiqamətində gördüyü işlər barədə danışan nazir iştirakçılara uğurlar arzulayıb.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Sonda gənc gimnastların iştirakı ilə “Azərbaycan gimnastikasının gələcəyi” adlı kompozisiya təqdim olunub.

İki gün davam edəcək yarışda 15 ölkədən 85 batutçu və tamblinqçi mübarizə aparır.

Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı