"Bakıda keçirilən Dünya Kuboku ölkədə batut və tamblinq gimnastikasının inkişafında əhəmiyyətli rol oynayacaq"


Digərləri 18 Fev 2017 19:44:00 166 0

"Bakıda keçirilən Dünya Kuboku ölkədə batut və tamblinq gimnastikasının inkişafında əhəmiyyətli rol oynayacaq"

Bakıda keçirilən Dünya Kuboku ölkədə batut və tamblinq gimnastikasının inkişafında əhəmiyyətli rol oynayacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu gənclər və idman naziri Azad Rəhimov Bakıda keçirilən batut və tamblinq gimnastikası üzrə Dünya Kuboku yarışlarının açılış mərasimində çıxışında deyib.

Nazir qeyd edib ki, müasir dövrdə Azərbaycan beynəlxalq miqyasda bir idman dövləti kimi tanınır. Azərbaycan idmanının belə yüksəlişi dünya ictimaiyyətinin də diqqət mərkəzindədir:

"Elə bunun nəticəsidir ki, ölkəmiz çox nüfuzlu beynəlxalq yarışların keçirildiyi bir məkana çevrilib. Ölkəmizdə keçirilmiş I Avropa Oyunları, Ümümdünya Şahmat Olimpiadası, futbol üzrə 17 yaşlılar arasında Avropa çempionatı, "Formula-1" Avropa Qran-Prisi, dünya və Avropa çempionatları və digər beynəlxalq turnirlər müasir tələblər baxımından yüksək səviyyədə təşkil edilir. Məhz buna görə beynəlxalq idman qurumları mütəmadi olaraq belə tədbirlərin vətənimizdə keçirilməsinə böyük etimad göstərirlər. Bu etimadı doğrultmaq üçün biz ölkə başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və rəhbərliyi ilə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq".

A.Rəhimov vurğulayıb ki, beynəlxalq yarışların ölkəmizdə təhlükəsiz, ədalətli prinsiplər əsasında keçirilməsi idmanın sərhədsiz, geniş coğrafiyaya malik olmasını bir daha önə çəkib: "Elə bunun nəticəsidir ki, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, batut və tamblinq gimnastikası üzrə Dünya Kuboku kimi reytinqli yarışların da vətənimizdə keçirilməsinə etimad göstərilib. Əminəm ki, bu yarışların da yüksək səviyyədə keçirilməsinə nail olacağıq".

Nazir bildirib ki, batut və tamblinq gimnastikası idman növü dünyada, o cümlədən ölkəmizdə çox sevilən, böyük tamaşaçı kütləsi toplayan idman növüdür:

Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı