Artkaspi.az saytı və ""Kaspi" Maarifçilik Meydanı" kitabı təqdim olunub FOTO


Digərləri 18 Fev 2017 13:26:00 147 0

Artkaspi.az saytı və ""Kaspi" Maarifçilik Meydanı" kitabı təqdim olunub  FOTO

Beynəlxalq Mətbuat Mərkəzində Artkaspi.az ədəbi-mədəni saytının və "Kaspi" Maarifçilik Meydanı" kitabının təqdimat mərasimi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə çıxış edən millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov "Kaspi" qəzetinin dərc olunduğu illər haqqında danışıb. O bildirib ki, "Kaspi" qəzetinin 1897-ci ildən sonra çap olunduğu dövrü azərbaycançılıq ideyasının yayan dövr kimi xarakterizə edə bilərik: ""Kaspi" qəzetində həm iqtisadi, həm siyasi, həm də mədəniyyət barədə xəbərlər dərc olunurdu. Bu gün "Kaspi.az" saytı da həmin ənənəni davam etdirir".

"Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva "Kaspi Maarifçilik Meydanı" kitabı haqqında məlumat verdi. O bildirib ki, kitabda dərc olunan materiallar "Kaspi" qəzetində yer almış mövzulardır: "Zaman-zaman Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Nəriman Nərimanov, Hacı Zeynalabdin Tağıyev və başqa maarifçilərimiz haqqında yazıları dərc etdik. Tağıyevin maarifçilərin sırasına aid edilməsinə təəccüblənənlər də oldu. Buna da biz cəsarət etdik. Bu gün Tağıyev adını ziyalı qoyan çox ziyalıdan yuxarıda durur".

S.Vəliyeva bildirib ki, bu böyük şəxsiyyətlər haqqında prezident sərəncamı var. Kitabda sərəncam və həmin şəxsiyyətlər haqqında ekspertlərin rəyləri də öz əksini tapıb.

S.Vəliyeva deyib ki, onlar haqqında kitabın çapına bu tarixi şəxsiyyətlərin hamıdan çox haqları var: "Çünki onlar sıradan maarifçilər deyillər. Onlar maarifçilik ideyasını irəli sürüb milli şüurun oyanmasında, milli azadlıq hərəkatının formalaşmasında, AXC-nin qurulmasına qədər cəsarətli bir yol keçmiş, bəzən ölümü gözlərinin önünə almışlar. Əgər Çar Rusiyası qəzetin çapına icazə verəndə bilsəydi ki, maarifpərvər şəxs tərəfindən alınacaq, Həsən bəy Zərdabi dolayı yolla redaktorluq edəcək, Azərbaycan mətbuatına yenidən ağsaqqallıq edəcək, buna icazə verməzdi".

S.Vəliyeva deyib ki, həmin şəxsiyyətlər böyük çətinliklərdən keçərək senzuranı ələ ala biliblər və sonradan AXC-ni qurublar.


Xəbərə aid fotolar