Bakıda 15 mənzilin su sayğacını oğurlayan şəxslər tutulub


Sosial 10 Fev 2017 12:25:14 74 0

Bakıda 15 mənzilin su sayğacını oğurlayan şəxslər tutulub

Hadisəni törədən iki nəfər saxlanılıb

Bakıda 15 mənzilinsu sayğacını oğurlayan şəxslər tutulub.

"Report"Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki,Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 30-dan cari il fevralın 9-dək olan müddətdə paytaxt ərazisindəki 15 evin həyətindən su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Mahir Bayturayev və Fuad Mustafayev tutulublar.