Bakıda 20 mənzilin su sayğacı oğurlanıb


Sosial 03 Fev 2017 16:10:00 98 0

Bakıda 20 mənzilin su sayğacı oğurlanıb

Polis fakt üzrə araşdırma aparır

Bakıda yaşayış binasından su sayğacları oğurlanıb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Elşən Süleymanov küçəsində qeydə alınıb.

Həmin küçədə yeni tikilən binalardan birində bir gecədə 20 mənzilin su sayğacı oğurlanıb.

Faktla bağlı zərərçəkənlər Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə şikayət ediblər. Polis fakt üzrə araşdırma aparır.