Ürəyi və sinirlər möhkəmləndirən GÖYƏRTİ


Digərləri 30 Yan 2017 23:48:00 180 0

Ürəyi və sinirlər möhkəmləndirən GÖYƏRTİ

Bu yabanı bitki geniş müalicəvi xüsusiyyətlərə malikdir. Onun müxtəlif adları var - "ayı soğanı", "ayı sarımsağı", "çöl sarımsağı".

Son.az saglamolun.az-a istinadən bildirir ki, ayı sarımsağı karotin, C vitamini, fol turşusu, fitonsidlər, əfir yağları ilə zəngindir.

Ayı sarımsağının bu kimi faydalı xüsusiyyətləri var: - qanın tərkibini yaxşılaşdırır - bağırsaqlara antiseptik təsir edir - burada yaşayan ziyanlı mikroorqanizmləri öldürür - həzm proseslərini və iştahanı yaxşılaşdırır - damarlarda xolesterolun yığılmasının qarşısını alır - ağız mikroflorasını yaxşılaşdırır - ürəyin fəaliyyətini yaxşılaşdırır, təzyiqi normallaşdırır - sinir sistemini möhkəmləndirir - cinsi gücü artırır - orqanizmdə iltihabı azaldır, revmatizm zamanı faydalıdır - qurdları öldürür - avitaminozun qarşısını alır, immuniteti möhkəmləndirir.