Azərbaycanda Həcc ziyarəti üçün vahid qiymət müəyyənləşdirilib, kvota azaldılıb


Sosial 27 Yan 2017 19:18:00 109 0

Azərbaycanda Həcc ziyarəti üçün vahid qiymət müəyyənləşdirilib, kvota azaldılıb

Həmdulla Babayev: "Həcc ziyarətinə ikinci dəfə gedəcək müsəlmanlardan 530 dollar əlavə vəsaitin alınması da nəzərdə tutulmayıb"

Qafqaz Müsəlmanları İdarəsi (QMİ)Həcc ziyarətinə getmək istəyən ölkə vətəndaşları üçün vahid qiymət müəyyənləşdirib.

Bu barədə"Report"a QMİ-nin məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.

Onun sözlərinə görə, bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçünnəzərdə tutulan məbləğ də ötən illə müqayisədə aşağıdır: "Belə ki, 2016-cıildə Həcc ziyarəti üçün iki qiymət - 3 500 və 4 500 ABŞ dolları nəzərdə tutulmuşdu. Bu il isə bütün zəvvarlar üçün vahidqiymət - 3 850 ABŞ dolları müəyyənləşdirilib".

H.Babayev bu ilkvotanın azaldıldığını bildirib: "Ötən il Azərbaycandan Həcc ziyarətinə 1040 zəvvar gedib. Bu ilə isə kvota600 nəfər müəyyənləşdirilib. Bu məsələdə əhalinin maliyyə vəziyyəti də nəzərə alınıb. Həcc ziyarətinə ikinci dəfə gedəcək müsəlmanlardan530 dollar əlavə vəsaitin alınması da nəzərdə tutulmayıb. Zəvvarlar üçün nəzərdə tutulan niyyət protokolunda belə bir şey qeyd olunmayıb".

O, həmçinin Azərbaycandanfiziki qüsurlu insanların Həcc ziyarətinə demək olargedə bilmdiklərini söyləyib: "Gözdən əlil vətəndaşınyanında mütləq bir nəfərin olması şərti ilə ziyarətə gedə bilir. Amma hərəkət edəbilməyən və digər daha ciddi qüsuru olan insanların ziyarətə getməsi çox çətindir".

Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı