Sumqayıtda 30dan çox mənzilin sayğacı yandırıldı VİDEO


Digərləri 25 Yan 2017 09:39:00 81 0

Sumqayıtda 30dan çox mənzilin sayğacı yandırıldı  VİDEO

Sumqayıt şəhərində elektrik sayğaclarının yandırılması bina sakinlərini təşvişə salıb.

Hadisə şəhərin 1-ci mikrorayon, Nərimanov küçəsi, bina 45 a/19-da qeydə alınıb.

Sakinlərin sözlərinə görə, gecə saatlarında binada qəflətən işıqlar sönüb və yanğın baş verib.

Binada 30-dan çox sayğac yanaraq sıradan çıxıb.

Sakinlər iddia edirlər ki, sayğaclar qəsdən yandırılıb. Onların sözlərinə görə, yanğın baş verən yerdə yanmış parça qalıqları tapılıb. Gecə saatlarında törədilən hadisə bir neçə gün təkrarlanıb.

Hadisədən "Azərişıq" ASC-nin Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsidə də xəbərdardılar. Yanğın baş verən binaya baxış keçirilib və mənzillərə elektrik enerjisinin verilişi bərpa edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Son.az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin: