Yeni Olimpiya dövrünün batut gimnastikası və tamblinq üzrə ilk Dünya Kuboku Bakıda keçiriləcək VİDEO


Digərləri 24 Yan 2017 14:23:00 147 0

Yeni Olimpiya dövrünün batut gimnastikası və tamblinq üzrə ilk Dünya Kuboku Bakıda keçiriləcək  VİDEO

Azərbaycan Gimnastika Federasiyası yarışlar mövsümünə batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku ilə start verir.

Milli/Az Trend-ə istinadən bildirir ki, Yeni Olimpiya dövrünün batut gimnastikası və tamblinq üzrə ilk Dünya Kuboku fevralın 18-19-u Milli Gimnastika Arenasında keçiriləcək.

14 ölkədən olan 85 batutçu və tamblinqçi iki gün ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə apararaq öz qüvvələrini sınayacaqlar. Yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Azərbaycanı bu yarışlarda batut üzərində fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makştaryova, Veronika Zemlyanaya və tamblinq cığırında Mixail Malkin təmsil edəcək.

Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya Kuboku ikinci dəfədir ki, Bakıda təşkil olunur. Tamblinq üzrə isə bu turnir Azərbaycanda debüt edəcək. Yüksək səviyyəli təşkilatçılığı ilə hər zaman fərqlənən gimnastika yarışları bu dəfə də bir çox yenilikləri ilə yadda qalacağını vəd edir.

Tamaşaçılar havada pərvazlanan ulduz batutçu və tamblinqçilərin təqdimatında maraqlı mübarizənin şahidi olmaqla yanaşı, əyləncəli müsabiqələr və fləşmoblarda da iştirak edə biləcəklər.

Məşhur kişi batutçular arasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçısı Dmitri Uşakov (Rusiya), Dünya Çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçular arasında Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) yer alacaq.

Tamblinq cığırında isə kişilər arasında Dünya Çempionatının gümüş medalçısı Qriqori Noskov (Rusiya), qadınlar arasında Avropa Çempionatının qızıl medalçısı Anna Korobeynikova (Rusiya), o cümlədən Dünya və Avropa Çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) və digər gimnastlar öz məharətlərini nümayiş etdirəcəklər.

Bu yarışlarda məşhur kişi batutçular arasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçısı Dmitri Uşakov (Rusiya), dünya çempionatlarinin mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçular arasında Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) yer alacaq.

Tamblinq cığırında isə kişilər arasında dünya çempionatinin gümüş medalçısı Qriqori Noskov (Rusiya), qadınlar arasında Avropa çempionatının qızıl medalçısı Anna Korobeynikova (Rusiya), o cümlədən Dünya və Avropa Çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) və digər gimnastlar öz məharətlərini nümayiş etdirəcəklər.

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı