Macarıstanın Bakıdakı səfirliyində xatirə kitabı açılacaq


Siyasət 23 Yan 2017 16:58:58 74 0

Macarıstanın Bakıdakı səfirliyində xatirə kitabı açılacaq

Səfirlikdə matəm əlaməti olaraq qara bayraq asılıb

İtaliyanın Verona şəhərində baş verən və 16 macarıstanlı məktəblinin həlak olması ilə nəticələnən avtomobil qəzası ilə bağlıMacarıstanın Azərbaycandakı səfirliyində matəm əlaməti olaraq qara bayraq asılıb.

Macarıstan səfirliyindən "Report"a verilən məlumata görə, faciəvi qəza ilə əlaqədar yanvarın 25-də və 26-da səfirlikdə xatirə kitabı açılacaq.

Xatirə kitabı göstərilən günlərdə saat 10:00-dan 12:00-dək və 15:00-dan 17:00-dək açıq olacaq.

Qeyd edək ki, macarıstanlı məktəbliləri daşıyan avtobus yanvarın 21-də İtaliyanın Verona şəhərində qəzaya uğrayıb və yanıb. Qəza nəticəsində əksəriyyəti yeniyetmələr olan 16 nəfər həlak olub.