Qırğızıstanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq


Siyasət 16 Yan 2017 14:25:15 109 0

Qırğızıstanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq

Xatirə kitabı yanvarın 17-də və 18-də açıq olacaq

Qırğızıstanın Azərbaycandakı səfirliyində Bişkekdə baş vermiş təyyarə qəzası ilə əlaqədar xatirə kitabı açılacaq.

Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranovun "Report"a verdiyi məlumata görə, xatirə kitabı səfirlikdə yanvarın 17-də saat 10:00-dan 17:00-dək, yanvarın 18-də isə saat 10:00-dan 14:00-dək açıq olacaq.

Bundan başqa, ölkədə elan edilmiş matəmlə əlaqədar səfirlikdə dövlət bayrağı endirilib.

Xatırladaq ki, Honkonq - Manas reysi üzrə uçuş həyata keçirən Türkiyənin "ACT Airlines" aviaşirkətinə məxsus yük təyyarəsi eniş zamanı görüntü səviyyəsinin aşağı olması səbəbinə görəyaşayış evlərinin üzərinə düşüb. Hadisə nəticəsində 37 nəfər həlak olub.