Ermənistan hökuməti Sülh Platformasına qoşulan fəallara təzyiq göstərir


Siyasət 13 Yan 2017 14:19:00 71 0

Ermənistan hökuməti Sülh Platformasına qoşulan fəallara təzyiq göstərir

"Ermənistan-Azərbaycan Sülh Platforması"nın iştirakçıları bəyanat yayıblar.

Son.az azvision.az-a istinadən xəbər verir ki, bəyanatda bildirilib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yardım etmək məqsədilə 6 dekabr 2016-cı ildə "Ermənistan-Azərbaycan Sülh Platforması" yaradılıb. Platforma münaqişənin sülh yolu ilə həllinə töhfə vermək istəyən Azərbaycan və Ermənistan vətəndaşlarının təşəbbüsüdür. 

Bəyanatda vurğulanıb ki, platformanın yaradılması beynəlxalq birlik tərəfindən maraqla qarşılanıb, həmçinin münaqişə tərəflərinin ictimaiyyəti arasında böyük rezonansa səbəb olub. 

"Bir çox məşhur ekspertlər bu təşəbbüsü yüksək qiymətləndirib və münaqişənin sülh yolu ilə həll olunmasında xüsusi rolunu vurğulayıblar. Hər iki ölkənin QHT nümayəndələri və fəalları platformaya qoşulmaq, Ermənistan və Azərbaycan arasında uzun müddət gözlənilən sülhün əldə olunması prosesində iştirak etmək istəyini ifadə ediblər. Bu, bir daha göstərir ki, Ermənistan-Azərbaycan Sülh Platformasının yaradılması bu məqsədlərə nail olmaq üçün vaxtında atılmış addım idi. 

Lakin sülh təşəbbüsünü dəstəkləyən erməni ictimai xadimlər və sülh tərəfdarları Ermənistan hökuməti və xüsusi xidmət orqanları tərəfindən ciddi təzyiqlərə məruz qalıblar. Azərbaycan KİV-lərində sülh təşəbbüsünə açıq şəkildə dəstək verən gənc yazıçı Lusine Nersisyan müvəqqəti olaraq polis tərəfindən saxlanılıb. Bundan əlavə, Azərbaycan rəhbərliyindən siyasi sığınacaq istəyən digər fəal Armen Virabyanın qohumları İrəvanda təqib olunublar. 

Eyni zamanda İrəvandan olan fəal Tamella Arzumanyan və ABŞ-dan olan yazıçı Anna Patyan, həmçinin onların qohumları təqib və təzyiqlərə məruz qalıblar".

Bəyanatda həmçinn qeyd olunub:

-Yuxarıda sadalananlarla əlaqədar, Ermənistan-Azərbaycan Sülh Platforması adından beynəlxalq birliyin bu barədə səylər göstərməsini istəyirik: 

1. Ermənistan-Azərbaycan Sülh Platformasını dəstəkləyən erməni fəallara qarşı repressiya və təzyiqlərin qarşısının alınmasını;

2. Dağlıq Qarabağda yaşayan gənc yazıçı Lusine Nersisyana qarşı təqiblərin dayandırılmasını;

3. Almaniyada yaşayan ictimai fəal Armen Virabyanın ailə üzvləri və yaxınlarına qarşı təzyiqlərin dayandırılmasını;

4. Tamella Arzumanyan və onun ailə üzvlərinə qarşı təzyiqlərin dayandırılmasını;

5. ABŞ-da yaşayan yazıçı Anna Patyana ünvanlanan təhdidlərin dayandırılmasını;

6. Hər iki ölkədə sıravi vətəndaşlar, ictimai fəallar və QHT-lərin platformaya qoşulmasının dəstəklənməsini

Bəyanatı Ermənistan tərəfdən Vahe Avetyan (hüquq müdafiəçisi), Vaan Martirosyan ("Milli Azadlıq Hərəkatı" ictimai təşkilatının sədri), Syuzan Caqinyan ("Meridian" hüquq-müdafiə təşkilatının sədr müavini, jurnalist), Ermənistan Yazıçılar İttifaqının üzvü Vaaqn Karapetyan, vətəndaş cəmiyyəti fəalları Anait Sinanyan və Armen Karapetyan, Azərbaycan tərəfdən isə Rövşən Rzayev ("Dağlıq Qarabağın Azərbaycan İcması" İctimai Birliyinin Şura üzvü), Kamil Səlimov (Bakı Dövlət Universitetinin professoru), Şəlalə Həsənova ("İctimaiyyətlə Əlaqələrin İnkişafın Dəstək" İctimai Birliyinin sədri), "Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyəti" İctimai Birliyinin sədri Novella Cəfəroğlu, vətəndaş cəmiyyəti fəalı Pərvanə Məmmədova, Azərbaycan Jurnalistlər İttifaqının üzvü Rasim Ağayev imzalayıblar.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı