“Timsahın göz yaşları”, “verdiyi sözü tutmayan adam”....


Dünya 12 Yan 2017 23:03:00 85 0

“Timsahın göz yaşları”, “verdiyi sözü tutmayan adam”....

Amerikan mediası Obamanın vida nitqini amansızca tənqid etdi

Dünya son bir sutkada Amerika prezidenti Barak Obamanın vida niqtindən danışır.  Obama "McCormickPlace"də etdiyi çıxışında prezidentliyi Trampa "problemsiz bir şəkildə" təhvil verəcəyini söyləyib. "Obamacare" kimi tanınan səhiyyə islahatından Amerika iqtisadiyyatının 2008-ci ildəki maliyyə böhranından sonrakı yüksəlişinə qədər müxtəlif mövzulardan danışan Obama 8 illik rəhbərliyi dövründə ölkəni daha yaxşı vəziyyətə gətirdiyini deyib.

Xarici siyasətlə əlaqədar az danışmağa üstünlük verən ABŞ prezidenti dünyanın ən çox müzakirə etdiyi Suriya müharibəsinə heç toxunmayıb. Obama Yaxın Şərqlə əlaqədar problemlərdən də bəhs etməyib.

Son.az musavat.com-a istinadən bildirir ki, İŞİD terror təşkilatına qarşı aparılan mübarizədə təşkilatın bir çox liderini öldürdüklərini, beynəlxalq koalisiyanın əməliyyatları sayəsində təşkilatın əlindəki torpaqların yarısından çoxunun azad edildiyini deyib. Amerika lideri əminliyini ifadə edib ki, İŞİD terror qruplaşması dağıdılacaq.

"Amerikanı hədələyən heç kəs təhlükəsizlikdə olmayacaq", - deyə o, əlavə edib.Obama  vida çıxışı zamanı Amerikan xalqına demokratiyanı qorumağı, hadisələrə başqalarının baxış bucağından baxmağı və diqqətli olmağı tövsiyyə edib. Həmçinin Obama bildirib ki, Amerika 8 il əvvəlki göstəricilərdən indi daha yaxşı vəziyyətdədir.

Amma Obamanınöz vida niqtini"Yeswe did." (Bəli, biz etdik) deyərək tamamlaması tənqidlərə səbəb olub. Siyasi şərhçi və radio proqramçısı LauraIngrahamObamanı "timsah göz yaşları" tökməkdə ittiham edib. "Boston Herald"gəzeti isə "Barak Obamanı təsvir edəcək ən yaxşı söz xəyal qırıqlığıdır" yazıb. L.Ingraham, "Fox News"aaçıqlamasında eyni zamanda onu da deyib ki, vida nitqi çox yaxşı hazırlansa da, bu nitq Obamanın heç bir işə yaramayan siyasətini gizlədə bilməyib: "Obama çox məşhurdur. Bu, məni təəccübləndirmir. Amma bizim potensialımızı, canlı bir iqtisadiyyat və praqmatik xarici siyasət fikrini yerlə bir etdi." Onun fikrincə, Obamanındönəmində Amerika bir çox fürsətləri qaçırdıb. Prezidentliyinin ilk dövrlərində bir çox amerikalının Obamaya inandığını deyən Ingrahamın sözlərinə görə, Obamanın əlində ölkəni daha yaxşı bir yerə daşımaq üçün böyük bir fürsət vardı, maləsəf bu fürsəti də qaçırdı.

"FinancialTimes"qəzetindən DeyvidGardner da Obamanın vidası ilə bağlı qələmə aldığı "Obama Orta Şərqlə bağlı verdiyi sözləri yerinə yetirmədi" başlıqlı məqaləsində qeyd edib ki, prezident bölgədə bir travmaya səbəb olub və bu, asanlıqla keçməyəcək, insanlar isə onu asanlıqla bağışlamayacaq.  Obama dönəmində xüsusən Orta Şərqdə və dünya miqyasındakı ABŞ nüfuzunun təhlükəli bir şəkildə azaldığını yazan Gardner eyni zamanda aşağıdakıları da qeyd edib: "Bölgədə keçmiş müttəfiqlər uzaqlaşdı və PutinRusiyası Obamanın gözü önündə Suriyanı müdafiə altına aldı".

2013-cü ildə Suriyada Əsəd rejimi kimyəvi silahdan istifadə edərək, "qırmızı xətt"i keçsə də, Obamanın onu cəzalandırmaması da Gardnerinməqaləsində tənqid hədəfi oldu: "Bu hərəkətsizlik Amerikanın nüfuzu üçün bir fəlakət idi. Putin bunu çox yaxşı istismar etdi və Hələbdəki müxalifləri bitirərək Əsəd rejimini xilas etdi".

Tomas Valkom da "The Star" qəzetindəki məqaləsində Obamanın yerinə yetirmədiyi sözlərinə diqqət çəkdi. Quantanamonuqapatmaması, Əfqanıstandakı müharibəni uduzması, İsrailin yeni yerləşmə yeri qurmasını əngəlləyə bilməməməsini də bunlara nümunə göstərdi. Onun yazdığına görə, Obamanın səhiyyə islahatları da olduqca uğursuz olub. Müəllif sonda onu da qeyd edib ki, verdiyi bir çox sözləri yerinə yetirməsə də, Obama rasional bir xarakter sahibi və Amerikanın ilk qaradərili prezidenti idi.

"Boston Herald" qəzeti isə Obamanı bəzilərinin qəhrəman, bəzilərinin isə pis adam kimi xarakterizə etdiyini xatırladıb. Qəzetin yazdığına görə, Obamanı ən yaxşı təsvir edən söz birləşməsi isə "xəyal qırıqlığı"dır. Məqalədə qeyd olunub ki, Obama ölkəni birləşdirmə sözü versə də, Amerika 8 il öncəylə müqayisədə daha da qütbləşib: "Obama səhiyyə islahatı olan Obamacare, terrorla mübarizə və işsizlik mövzularından daha çox verdiyi sözü tuta bilməməsi ilə xatırlanacaq".

Politoliq Şahin Cəfərli də hesab edir ki, ABŞ tarixində siyasi nitqlərin xüsusi önəmi var.  Onun sözlərinə görə, bir çox prezidentin inauqurasiya, vida nitqləri, eləcə də müəyyən hadisələrlə bağlı etdikləri çıxışlar ABŞ siyasi tarixinə damğa vurub: "Məsələn, Corc Vaşinqtonun 1796-cı il tarixli vida müraciəti ilk prezidentin vəsiyyəti kimi hələ də ölkənin gələcəyinə işıq tutur və hər il Konqresdə səsləndirilir. Barak Obama məncə ABŞ siyasi tarixinin parlaq natiqlərindən biridir. Ötən 8 ildə onun çoxlu yaddaqalan çıxışları oldu ki, bunlardan biri də siyasi karyerasının başladığı Çikaqoda xalq qarşısında etdiyi vida nitqidir. Mən bu nitqi kifayət qədər sanballı və səmimi hesab edirəm, amerikalıların böyük hissəsinin də məhz bu cür qəbul etdiyinə inanıram. Bu çıxışa respublikaçılara yaxın "FoxTV"də sərt reaksiya verilib. Bu telekanal qatı mühafizəkar mövqeyi ilə tanınır və orada liberal-sol dünyagörüşünə malik siyasətçilərin, Demokratlar Partiyasının siyasi-ideoloji xəttinin ən ağır şəkildə tənqid olunması adi haldır. Nitqdə ən önəmli məqam odur ki, Obama gördüyü işlərin və uğurlu icraatların üzərində çox qısa dayandı, bunları qabartmadı. Halbuki o, hakimiyyəti CorcBuşdan təhvil alarkən ölkə bərbad durumda idi. 2008-ci ilin ağır iqtisadi böhranı baş vermiş, bir çox sənaye müəssisələri bağlanmış, şirkətlər iflasa uğramış, iqtisadiyyatda tənəzzül başlamış və işsizlik rekord həddə çatmışdı".

Müsahibimiz bildirdi ki, Obama öz hakimiyyəti dövründə iqtisadi böhranı dayandırmağa və bütün mənfi göstəriciləri müsbətə çevirməyə nail oldu: "Əlbəttə ki, problemlər bu gün də var, lakin işsizlik ciddi şəkildə azalıb, iqtisadi artım başlayıb. Obama bu nailiyyətlər barədə uzun-uzadı danışmaq yerinə, gələcəklə bağlı danışmağı, gələcəyin konturlarını cızmağı, gənclərə qiymətli tövsiyələr verməyi seçdi. Onun ABŞ-da irqi zəmində bölünmənin hələ davam etdiyini söyləməsi də önəmlidir və səmimiyyət nümunəsi sayıla bilər. Obama qeyd etdi ki, onun - yəni ki, qara dərili amerikalının ölkənin prezident seçilməsi ilə Amerikadakı bu problem aradan qalxmayıb. Çıxışının sonunda həyat yoldaşı Mişelə üzünü tutub, danışarkən gözünün dolmasını da mən daha çox bu amillə əlaqələndirərdim. 1960-cı illərin ortalarına qədər kəskin irqi ayrı-seçkiliyin mövcud olduğu bir cəmiyyətdə qaradərili əhali bütün basqıları dəf edərək, əngəlləri aşaraq öz təmsilçilərini ölkənin 1-ci cütlüyünə çevirə bilmişdi. Və indi bu cütlük səhnə önündəki 8 illik həyat və fəaliyyətdən sonra yenidən pərdə arxasına çəkilir. Eyni zamanda, Obamanın öz həyat yoldaşı və qızlarının ünvanına dediyi sözlər ABŞ cəmiyyətində ailəyə verilən önəmi nümayiş etdirmək baxımından da diqqətəlayiq

Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı