Nardaran Ağsaqqallar Şurasının sədrinin cinayət işi icraata verilib


Sosial 12 Yan 2017 14:36:00 46 0

Nardaran Ağsaqqallar Şurasının sədrinin cinayət işi icraata verilib

Məhkəmənin tarixi hələlik məlum deyil

Dövlətə xəyanət etməkdə təqsirləndirilən Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəməyə sədrlik edəcək hakimin adı açıqlanıb.

"Report"un xəbərinə görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin icraatına verilib.

Məhkəmənin tarixi hələlik məlum deyil.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ötən il həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonunun Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən olunub.

Bununla əlaqədar N.Kərimov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 2016-cı il yanvarın 7-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yanvarın 19-da isə Səbail Rayon Məhkəməsinin qərarı ilə N.Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

DTX-nın həyata keçirdiyi digər istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əhədov İnqilab Xəlil oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi və Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bununla əlaqədar İ.Əhədov DTX-nın İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq ötən il yanvarın 27-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan İ.Əhədovun həbs müddəti bir neçə dəfə uzadılıb.

Bu il yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Eldar İsmayılovun sədrliyi ilə hazırlıq iclası keçirilib. Prosesdə hakim özü-özünə etiraz edib. Onun sözlərinə görə, cinayət işi ilə tanış olan zaman məlum olub ki, həmin iş üzrə istintaq DTX tərəfindən aparılıb. E.İsmayılov həmin iş üzrə istintaq qrupunda onun oğlu Emil İsmayılzadənin də olduğunu deyib: "Qanunvericilik bu işə mənim sədrliyimlə baxmağa imkan vermədiyi üçün özümə etiraz edirəm".

Məhkəmə heyəti etiraz təmin edib. Qərara əsasən, cinayət işi yenidən icraata verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə göndərilib.

loading...
“Beynəlxalq Lizinq” şirkəti ünvanını dəyişib like
  • 12 Yan 14:34  
İqtisadiyyat “Beynəlxalq Lizinq” şirkəti ünvanını dəyişib

Bu addım şirkətin xərclərinə qənaət etməsinə, fəaliyyətinin effektiv

arrow Ətraflı
Rusiyada daha 3 nəfər öldü like
  • 12 Yan 14:31  
Dünya Rusiyada daha 3 nəfər öldü

Rusiyanın Sankt-Peterburq şəhərində 3 nəfərin spirtli içkidən zəhərl

arrow Ətraflı
Sabina yataqda: "Mənə yaxın gəl, məni möhkəm qucaqla ..."  VİDEO like
  • 12 Yan 14:30  
Şou-biznes Sabina yataqda: "Mənə yaxın gəl, məni möhkəm qucaqla ..." VİDEO

"Sevgi - keçmişi və gələcəyi qəbul etməyən tək ehtirasdır. Sevgi hər

arrow Ətraflı
"İçerde"nin qəhrəmanı xəstəxanalıq oldu like
  • 12 Yan 14:30  
Digərləri "İçerde"nin qəhrəmanı xəstəxanalıq oldu

Çağatay Ulusoy bir neçə gündür ki, xəstəxanada müalicə alır.

arrow Ətraflı
DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı artıb like
  • 12 Yan 14:30  
Sosial DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı artıb

Sistemdə qeydiyyatda olan xarici ölkə vətəndaşlarının 88,3 faizi kişil

arrow Ətraflı
Azərbaycan prospektində nəqliyyat üçün əks zolaq açıldı like
  • 12 Yan 14:29  
Digərləri Azərbaycan prospektində nəqliyyat üçün əks zolaq açıldı

Yasamal rayonunda "Beşmərtəbə" adlanan dairədən Azərbaycan prospekti isti

arrow Ətraflı
ATƏT sədri: "Münaqişələrin hərbi yolla həlli yoxdur" like
  • 12 Yan 14:27  
Siyasət ATƏT sədri: "Münaqişələrin hərbi yolla həlli yoxdur"

ATƏT regionunda davam edən münaqişələrin hərbi yolla həlli yoxdur. 

arrow Ətraflı
Davudoğludan ŞOK AÇIQLAMA: like
  • 12 Yan 14:20  
Dünya Davudoğludan ŞOK AÇIQLAMA:

Əhməd Davudoğlu 15 iyul çevrilişinə cəhdlə əlaqədar TBMM Araşdırma

arrow Ətraflı
Kredit ödəmək istəməyən qadın görün nə etdi  FOTO like
  • 12 Yan 14:18  
Digərləri Kredit ödəmək istəməyən qadın görün nə etdi FOTO

ABŞ Idaho əyalətində yaşayan memar Macy Miller ev almaq istəyib. Lakin Ma

arrow Ətraflı
"KVN"də Qarabağ qalmaqalı like
  • 12 Yan 14:17  
Digərləri "KVN"də Qarabağ qalmaqalı

İki gündür ki, Rusiyanın Şoçi şəhərində start götürən "KVN - 2

arrow Ətraflı
Bakıda mənzildən 12 min dollar oğurlanıb like
  • 12 Yan 14:16  
Digərləri Bakıda mənzildən 12 min dollar oğurlanıb

Bakıda mənzildən 12 min dollar oğurlanıb.

arrow Ətraflı
SOCAR istiqrazları üzrə faizlərin ödənişinə başlayır like
  • 12 Yan 14:14  
İqtisadiyyat SOCAR istiqrazları üzrə faizlərin ödənişinə başlayır

İlk faiz ödənişi yanvarın 17-dən həyata keçiriləcək

arrow Ətraflı