Musiqili Teatrda "Silva" tamaşası FOTO


Kriminal 12 Yan 2017 14:45:00 92 0

Musiqili Teatrda "Silva" tamaşası  FOTO

Azərbaycan Dövlət Musiqili Teatrında 2017-ci ilin ilk premyerası keçirilib

Azərbaycan Dövlət Musiqili Teatrında 2017-ci ilin ilk premyerası keçirilib.

Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Son.az-a bildirib ki, 11 yanvar saat 19.00-da İmre Kalmanın məşhur iki hissəli "Silva" operettası tamaşaçılara təqdim olunub. Premyerada Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, xarici səfirliklərin əməkdaşları, ölkənin tanınmış içtimai xadimləri, mədəniyyət və sənət adamları və digər mötəbər qonaqlar iştirak ediblər. Anşlaqla keçən premyera tamaşaçılar tərəfindən rəğbət və alqışlarla qarşılanıb.

Əsərin süjet xəttinin əsasında böyük bir sevgi hekayəsi dayanır. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan eşq Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə qərar verən Edvini başqası ilə nişanlamağa hazırlaşırlar. Məhz bundan sonra dinamik hadisələr, gözlənilməz situasiyalar və maraqlı olaylarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır. Və bu mübarizənin nəticəsində bir çox qaranlıq mətləblərə aydınlıq gəlir...

Qeyd edək ki, Musiqili Teatrın rus bölməsi tərəfindən hazırlanan yeni tamaşanın quruluşçu rejissoru Əməkdar artist Boris Lukinski, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Emin Həsənov, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır. Tamaşada rolları Əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Səidə Şərifəliyeva, Svetlana Bulax, aktyorlar Rauf Babayev, Emil Heydərov, Yuliya Heydərova, Aydan Həsənova, Marina Litvinenko, Firuz Məmmədov, Nicat Əli, Elçin İmanov, Telnaz Hüseynova və Elməddin Dadaşov ifa edirlər.

loading...

Xəbərə aid fotolar

Azərbaycanda qazla təmin olunmuş abonentlərin sayı 2 milyonu keçib like
  • 12 Yan 14:41  
Digərləri Azərbaycanda qazla təmin olunmuş abonentlərin sayı 2 milyonu keçib

Azərbaycan Dövlət Neft Şirkıətinin (SOCAR) “Azəriqaz” İs

arrow Ətraflı
Bakıda sərnişin avtobusu qəza törədib, xəsarət alanlar var - SİYAHI like
  • 12 Yan 14:38  
Sosial Bakıda sərnişin avtobusu qəza törədib, xəsarət alanlar var - SİYAHI

Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları araşdırma aparılır

arrow Ətraflı
“Beynəlxalq Lizinq” şirkəti ünvanını dəyişib like
  • 12 Yan 14:34  
İqtisadiyyat “Beynəlxalq Lizinq” şirkəti ünvanını dəyişib

Bu addım şirkətin xərclərinə qənaət etməsinə, fəaliyyətinin effektiv

arrow Ətraflı
Rusiyada daha 3 nəfər öldü like
  • 12 Yan 14:31  
Dünya Rusiyada daha 3 nəfər öldü

Rusiyanın Sankt-Peterburq şəhərində 3 nəfərin spirtli içkidən zəhərl

arrow Ətraflı
Sabina yataqda: "Mənə yaxın gəl, məni möhkəm qucaqla ..."  VİDEO like
  • 12 Yan 14:30  
Şou-biznes Sabina yataqda: "Mənə yaxın gəl, məni möhkəm qucaqla ..." VİDEO

"Sevgi - keçmişi və gələcəyi qəbul etməyən tək ehtirasdır. Sevgi hər

arrow Ətraflı
"İçerde"nin qəhrəmanı xəstəxanalıq oldu like
  • 12 Yan 14:30  
Digərləri "İçerde"nin qəhrəmanı xəstəxanalıq oldu

Çağatay Ulusoy bir neçə gündür ki, xəstəxanada müalicə alır.

arrow Ətraflı
DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı artıb like
  • 12 Yan 14:30  
Sosial DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı artıb

Sistemdə qeydiyyatda olan xarici ölkə vətəndaşlarının 88,3 faizi kişil

arrow Ətraflı
Azərbaycan prospektində nəqliyyat üçün əks zolaq açıldı like
  • 12 Yan 14:29  
Digərləri Azərbaycan prospektində nəqliyyat üçün əks zolaq açıldı

Yasamal rayonunda "Beşmərtəbə" adlanan dairədən Azərbaycan prospekti isti

arrow Ətraflı
ATƏT sədri: "Münaqişələrin hərbi yolla həlli yoxdur" like
  • 12 Yan 14:27  
Siyasət ATƏT sədri: "Münaqişələrin hərbi yolla həlli yoxdur"

ATƏT regionunda davam edən münaqişələrin hərbi yolla həlli yoxdur. 

arrow Ətraflı
Davudoğludan ŞOK AÇIQLAMA: like
  • 12 Yan 14:20  
Dünya Davudoğludan ŞOK AÇIQLAMA:

Əhməd Davudoğlu 15 iyul çevrilişinə cəhdlə əlaqədar TBMM Araşdırma

arrow Ətraflı