Yeni sürücülük vəsiqələri


Digərləri 12 Yan 2017 14:12:28 68 0

Yeni sürücülük vəsiqələri

Azərbaycanda sürücülük vəsiqələrinin yeni qaydalarla verilməsinə başlanılıb.

Son.az xəbər verir ki, məsələni report-a şərh edən bəzi ekspertlər bildiriblər ki, yeni sürücülük vəsiqələrində ad, soyad, ata adı və şəxsin doğulduğu yerin adının latın qrafikalı Azərbaycan əlifbası ilə yanaşı ingilis hərflərilə yazılması da vacibdir. 

Ekspertlər vurğulayıblar ki, Azərbaycan vətəndaşları xarici ölkələrə səfər edən zamanı bir çox hallarda sənədlərin oxunmasında problemlər yaranır. Çünki digər ölkələrdə müvafiq qurumların nümayəndələri sürücülük vəsiqələrini yoxlayan zaman latın qrafikalı Azərbaycan əlifbasındakı bəzi hərfləri oxumaqda çətinlik çəkirlər. 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev report-a isə açıqlamasında bildirib ki, yeni qaydalara görə sürücülük vəsiqələrindəki ad, soyad, ata adı, doğuldu yer bölmələrindəki hərflərin dəyişdirilməsi nəzərdə tutulmayıb. O hesab edir ki, Azərbaycanın sürücülük vəsiqələrində ingilis hərflərindən istifadəyə  dəyişdirilməsinə ehtiyac yoxdur: "Çünki Beynəlxalq Vyana Konvensiyasına üzv dövlətlərdə milli sürücülük vəsiqələrində qeyd edilən ad, soyad, ata adı, doğulduğu yer bölmələrindəki yazılara görə irad tuta bilməz. Konvensiyaya üzv dövlətlərin hər birinin öhdəliyinə görə, digər ölkələrin sürücülük vəsiqələri ilə avtomobillərin idarə olunmasına problem yaradılmamalıdır".

Şöbə rəisi deyib ki, xaricə səfər edən zaman bu məsələni araşdırmaq üçün Azərbaycanın sürücülük vəsiqəsi ilə avtomobil icarəyə götürüb və idarə edib: "Hətta özümdə xarici ölkədə məzuniyyətdə olanda icarəyə avtomobil götürdüm və sürdüm. Heç bir problem olmadı. Baxmayaraq ki, mənim soyadımda "ə" hərfi var. Əgər problem olsa şəxsiyyəti təsdiq edən pasport tələb olunur və oradakı rekvizitlərlə sürücülük vəsiqəsindəki rekvizitlərin uyğunluğuna baxılır". Xarici ölkə vətəndaşlarının öz sürücülük vəsiqələrindən Azərbaycanda necə istifadə etməsinə gəlincə, Əliyev vurğulayıb ki, həmin şəxslər Azərbaycanda yaşamaq haqqında icazə kağızını aldığı gündən 1 ay müddətinə qədər sürücülük vəsiqəsindən istifadə edə bilərlər. Onun sözlərinə görə, 1 aydan artıq müddətdə sürücülük vəsiqəsindən istifadə etmək istəyən xarici vətəndaşlar Azərbaycanda yeni sürücülük vəsiqəsi almalıdır.

Sürücülük vəsiqələri ilə bağlı digər dəyişikliklərə və yeni qaydalara gəlincə, K.Əliyev bildirib ki, artıq sürücülər öz istəklərinə uyğun olaraq avtomat ötürücü qutusu olan nəqliyyat vasitələrini idarə etmək üçün nəzərdə tutulan sürücülük vəsiqəsi ala bilərlər. Belə ki, avtomat ötürücü qutusu olan nəqliyyat vasitələrini idarə etmək üçün imtahan verənlər imtahandan uğurla keçdikdə onlara da adi qaydada sürücülük vəsiqəsi verilir. "Vəsiqənin "Xüsusi qeydlər" bölməsində "avtomat t/r" (avtomat transmisiyyalı) sözləri yazılır. Bu isə o deməkdir ki, bu vəsiqə ilə yalnız avtomat transmissiyalı nəqliyyat vasitəsini idarə etməyə icazə verilir. Ancaq mexanik ötürücü qutusu olan nəqliyyat vasitələrini idarə etmək üçün imtahandan uğurla keçən sürücülər həm mexaniki, həm də avtomat transmissiyalı nəqliyyat vasitəsini idarə edə bilər".

loading...
Qorxulu kadrlar: evdəki ruhlar qızı qorxutdu  VİDEO  FOTO like
  • 12 Yan 14:09  
Digərləri Qorxulu kadrlar: evdəki ruhlar qızı qorxutdu VİDEO FOTO

Qızının otağında tək qalmasından qorxmağa başlamasından narahat olan a

arrow Ətraflı
Tanışını döyədöyə öldürən şəxsin işi ağırlaşdırıldı like
  • 12 Yan 14:05  
Digərləri Tanışını döyədöyə öldürən şəxsin işi ağırlaşdırıldı

Sumqayıtda əlbəyaxa dava zamanı tanışının sağlamlığına ağır zərə

arrow Ətraflı
Rusiya səfirinin qatili adsız qəbiristanlıqda dəfn olunacaq like
  • 12 Yan 14:04  
Dünya Rusiya səfirinin qatili adsız qəbiristanlıqda dəfn olunacaq

Ankarada Rusiya səfirini qətlə yetirmiş keçmiş polis işçisi Mövlud Mər

arrow Ətraflı
"Chelsea" London merindən razılıq aldı like
  • 12 Yan 14:03  
İdman "Chelsea" London merindən razılıq aldı

"Chelsea" Londonun Hammersmit və Fulhem bürolarından "Stamford Bridge

arrow Ətraflı
ATƏT-in Yerevan ofisi bağlana bilər like
  • 12 Yan 14:00  
Dünya ATƏT-in Yerevan ofisi bağlana bilər

Ermənistan tərəfi İrəvan ofisinin mandatının uzadılması ilə bağlı AT

arrow Ətraflı
Ermənistan KİV: "Sarkisyan baş nazirin fəaliyyətindən narazıdır" like
  • 12 Yan 14:00  
Dünya Ermənistan KİV: "Sarkisyan baş nazirin fəaliyyətindən narazıdır"

Ermənistan prezidenti Serj Sarkisyan respublikanın baş naziri Karen Karapetya

arrow Ətraflı
AMEA-nın iki institutuna direktor axtarılır like
  • 12 Yan 13:56  
Sosial AMEA-nın iki institutuna direktor axtarılır

Direktor vəzifəsinə namizədlərin böyük elmi nailiyyətləri, elmi-təşki

arrow Ətraflı
Nardaran hadisələri ilə bağlı daha bir qrupun məhkəməsi başlayacaq like
  • 12 Yan 13:53  
Digərləri Nardaran hadisələri ilə bağlı daha bir qrupun məhkəməsi başlayacaq

Yaxın günlərdə Nardaran hadisələri ilə bağlı daha bir qrupun cinay

arrow Ətraflı
Kamran erməni hərbçini canlandıracaq like
  • 12 Yan 13:51  
Kriminal Kamran erməni hərbçini canlandıracaq

Aktyor Kamran Ağabalayev yeni filmə çəkilir.

arrow Ətraflı
Keçmiş komandana 13 il like
  • 12 Yan 13:49  
Digərləri Keçmiş komandana 13 il

Bu gün Nəsimi rayon Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz

arrow Ətraflı
Prokuror vitseadmiral Şahin Sultanova ağır cəza istədi like
  • 12 Yan 13:49  
Digərləri Prokuror vitseadmiral Şahin Sultanova ağır cəza istədi

Nəsimi Rayon Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin

arrow Ətraflı
Cəbhədə YOXLAMA like
  • 12 Yan 13:47  
Digərləri Cəbhədə YOXLAMA

Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən

arrow Ətraflı