Tanışını döyədöyə öldürən şəxsin işi ağırlaşdırıldı


Digərləri 12 Yan 2017 14:05:00 39 0

Tanışını döyədöyə öldürən şəxsin işi ağırlaşdırıldı

Sumqayıtda əlbəyaxa dava zamanı tanışının sağlamlığına ağır zərər vurmaqda təqsirləndirilən Kamil Quliyevin cinayət işi üzrə məhkəmə davam edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə tibbi ekspertizasının rəyi elan edilib. 

Rəyə əsasən, Kamil Quliyevin xəsarət yetirdiyi Rahib Zeynalov məhkəmə dövründə aldığı xəsarətlərdən sonra ev şəraitində olan zaman dünyasını dəyişib.

Prokuror Eldar Həmzəyev vəsatətlə çıxış edib. O, vəsatətində cinayət işinin məhkəmə baxışına xitam verilməsini və Kamil Quliyevə verilən ittihamın daha da ağırlaşdırılmasını tələb edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi olan anası da cinayət işinin geri qaytarılmasını istəyib: "Ay əclaf, oğlum səni söymüşdü, 5 qat onu söyərdin. Lap qolunu qıçını qırardın. Niyə balamı öldürdün?! Özü də həmin yerdə bu, tək olmayıb. Oğlumu 4 nəfər döyüb öldürüblər. Xahiş edirəm ki, ona və o cinayətdə əli olanlara ən ağır cəzanı versinlər".

Prosesdə təqsirləndirilən şəxsin yaxınları və zərərçəkənin anası arasında mübahisə düşüb. Məhkəmə nəzarətçiləri hər iki tərəfi sakitləşdirib.

Məhkəmə vəsatəti təmin edib. Hakimlər kollegiyasının qərarına əsasən, Kamil Quliyevə verilən Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsinin ağırlaşdırılması ilə bağlı iş yenidən araşdılması üçün Sumqayıt Şəhər Prokurorluğuna qaytarılıb.

Qeyd edək ki, hadisə keçən il Sumqayıtda baş verib. Kamil Quliyev münaqişə zəminində tanışı Rahib Zeynalovla əlbəyaxa olub. Əlbəyaxa dava zamanı Rahib Zeynalov ağır xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib. Bundan sonra zərərçəkən şəxsin şikayəti əsasında Kamil Quliyev həbs edilib.

Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib. İş Sumqayıt prokurorluğunda araşdırılaraq yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə dövründə Rahib Zeynalov aldığı xəsarətlərdən ev şəraitində dünyasını dəyişib.

loading...
Rusiya səfirinin qatili adsız qəbiristanlıqda dəfn olunacaq like
  • 12 Yan 14:04  
Dünya Rusiya səfirinin qatili adsız qəbiristanlıqda dəfn olunacaq

Ankarada Rusiya səfirini qətlə yetirmiş keçmiş polis işçisi Mövlud Mər

arrow Ətraflı
"Chelsea" London merindən razılıq aldı like
  • 12 Yan 14:03  
İdman "Chelsea" London merindən razılıq aldı

"Chelsea" Londonun Hammersmit və Fulhem bürolarından "Stamford Bridge

arrow Ətraflı
ATƏT-in Yerevan ofisi bağlana bilər like
  • 12 Yan 14:00  
Dünya ATƏT-in Yerevan ofisi bağlana bilər

Ermənistan tərəfi İrəvan ofisinin mandatının uzadılması ilə bağlı AT

arrow Ətraflı
Ermənistan KİV: "Sarkisyan baş nazirin fəaliyyətindən narazıdır" like
  • 12 Yan 14:00  
Dünya Ermənistan KİV: "Sarkisyan baş nazirin fəaliyyətindən narazıdır"

Ermənistan prezidenti Serj Sarkisyan respublikanın baş naziri Karen Karapetya

arrow Ətraflı
AMEA-nın iki institutuna direktor axtarılır like
  • 12 Yan 13:56  
Sosial AMEA-nın iki institutuna direktor axtarılır

Direktor vəzifəsinə namizədlərin böyük elmi nailiyyətləri, elmi-təşki

arrow Ətraflı
Nardaran hadisələri ilə bağlı daha bir qrupun məhkəməsi başlayacaq like
  • 12 Yan 13:53  
Digərləri Nardaran hadisələri ilə bağlı daha bir qrupun məhkəməsi başlayacaq

Yaxın günlərdə Nardaran hadisələri ilə bağlı daha bir qrupun cinay

arrow Ətraflı
Kamran erməni hərbçini canlandıracaq like
  • 12 Yan 13:51  
Kriminal Kamran erməni hərbçini canlandıracaq

Aktyor Kamran Ağabalayev yeni filmə çəkilir.

arrow Ətraflı
Keçmiş komandana 13 il like
  • 12 Yan 13:49  
Digərləri Keçmiş komandana 13 il

Bu gün Nəsimi rayon Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz

arrow Ətraflı
Prokuror vitseadmiral Şahin Sultanova ağır cəza istədi like
  • 12 Yan 13:49  
Digərləri Prokuror vitseadmiral Şahin Sultanova ağır cəza istədi

Nəsimi Rayon Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin

arrow Ətraflı
Cəbhədə YOXLAMA like
  • 12 Yan 13:47  
Digərləri Cəbhədə YOXLAMA

Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən

arrow Ətraflı
Sevgilərini bəyan etdilər  FOTO like
  • 12 Yan 13:46  
Digərləri Sevgilərini bəyan etdilər FOTO

Türkiyənin tanınmış aktrisası Hande Doğandemir ötən gün aktyor Mert F

arrow Ətraflı