Yeni sürücülük vəsiqələri: Şəxsin ad, soyadı ingilis hərflərilə də yazılmalıdırmı?


Sosial 12 Yan 2017 13:39:07 42 0

Yeni sürücülük vəsiqələri: Şəxsin ad, soyadı ingilis hərflərilə də yazılmalıdırmı?

Şöbə rəisi: "Sürücülük vəsiqələrində ad, soyad, ata adı və şəxsin doğulduğu yerin adının ingilis hərflərilə yazılmasına ehtiyac yoxdur"

Azərbaycanda sürücülük vəsiqələrinin yeni qaydalarla verilməsinə başlanılıb.

Məsələni "Report"a şərh edən bəzi ekspertlər bildiriblər ki,yeni sürücülük vəsiqələrindəad, soyad, ata adı və şəxsin doğulduğu yerin adınınlatın qrafikalı Azərbaycan əlifbası ilə yanaşı ingilis hərflərilə yazılması davacibdir.

Ekspertlər vurğulayıblar ki, Azərbaycan vətəndaşları xarici ölkələrə səfər edən zamanı bir çox hallarda sənədlərin oxunmasında problemlər yaranır. Çünki digər ölkələrdə müvafiq qurumların nümayəndələri sürücülük vəsiqələriniyoxlayan zamanlatın qrafikalı Azərbaycan əlifbasındakı bəzihərfləri oxumaqda çətinlik çəkirlər.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovnikiKamran Əliyev isə "Report"a açıqlamasında bildirib ki, yeni qaydalara görə, sürücülük vəsiqələrindəki ad, soyad, ata adı, doğuldu yer bölmələrindəki hərflərin dəyişdirilməsi nəzərdə tutulmayıb. O hesab edir ki, Azərbaycanın sürücülük vəsiqələrində ingilishərflərindən istifadəyədəyişdirilməsinə ehtiyac yoxdur: "Çünki Beynəlxalq Vyana Konvensiyasına üzv dövlətlərdə milli sürücülük vəsiqələrində qeyd edilən ad, soyad, ata adı, doğulduğu yer bölmələrindəki yazılara görə irad tuta bilməz. Konvensiyaya üzv dövlətlərin hər birinin öhdəliyinə görə, digər ölkələrinsürücülük vəsiqələri ilə avtomobillərin idarə olunmasınaproblem yaradılmamalıdır".

Şöbə rəisi deyib ki,xaricə səfər edən zaman bu məsələni araşdırmaq üçün Azərbaycanın sürücülük vəsiqəsi ilə avtomobil icarəyə götürüb və idarə edib: "Hətta özüm də xarici ölkədə məzuniyyətdə olanda icarəyə avtomobil götürdüm və sürdüm. Heç birproblem olmadı. Baxmayaraq ki, mənim soyadımda "ə" hərfi var. Əgər problem olsa şəxsiyyəti təsdiq edənpasport tələb olunur və oradakı rekvizitlərlə sürücülük vəsiqəsindəki rekvizitlərin uyğunluğuna baxılır".

Xarici ölkə vətəndaşlarının öz sürücülük vəsiqələrindən Azərbaycanda necə istifadə etməsinə gəlincə,Əliyev vurğulayıb ki,həmin şəxslər Azərbaycandayaşamaq haqqında icazə kağızını aldığı gündən 1 ay müddətinə qədər sürücülük vəsiqəsindənistifadə edə bilərlər. Onun sözlərinə görə,1 aydan artıq müddətdə sürücülük vəsiqəsindən istifadə etmək istəyən xarici vətəndaşlar Azərbaycanda yeni sürücülük vəsiqəsi almalıdır.

Sürücülük vəsiqələri ilə bağlı digər dəyişikliklərə və yeni qaydalara gəlincə,K.Əliyev bildirib ki, artıqsürücülər öz istəklərinə uyğun olaraq avtomat ötürücü qutusu olan nəqliyyat vasitələrini idarə etmək üçün nəzərdə tutulan sürücülük vəsiqəsi ala bilərlər. Belə ki, avtomat ötürücü qutusu olan nəqliyyat vasitələrini idarə etmək üçün imtahan verənlər imtahandan uğurla keçdikdə onlara da adi qaydada sürücülük vəsiqəsi verilir. "Vəsiqənin "Xüsusi qeydlər" bölməsində "avtomat t/r" (avtomat transmisiyyalı) sözləri yazılır. Bu isə o deməkdir ki, bu vəsiqə ilə yalnız avtomat transmissiyalı nəqliyyat vasitəsini idarə etməyə icazə verilir. Ancaq mexanik ötürücü qutusu olan nəqliyyat vasitələrini idarə etmək üçün imtahandan uğurla keçən sürücülər həm mexaniki,həm də avtomat transmissiyalı nəqliyyat vasitəsini idarə edə bilər".

loading...
İki polis və kasıb qoca: sosial şəbəkələr onlardan danışır  FOTO like
  • 12 Yan 13:38  
Digərləri İki polis və kasıb qoca: sosial şəbəkələr onlardan danışır FOTO

İstanbulda iki polis zabitinin hərəkəti sosial şəbəkələrdə geniş müz

arrow Ətraflı
"Kara Sevda"dan gözlənilməz NƏTİCƏ like
  • 12 Yan 13:37  
Digərləri "Kara Sevda"dan gözlənilməz NƏTİCƏ

Ötən gün yayımlanan serial və verilişlərin reytinqi açıqlanıb.

arrow Ətraflı
Neftçalada 18 yaşlı oğlan intihar edib like
  • 12 Yan 13:36  
Sosial Neftçalada 18 yaşlı oğlan intihar edib

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub

arrow Ətraflı
Neftçalada 18 yaşlı gənc intihar edib like
  • 12 Yan 13:35  
Sosial Neftçalada 18 yaşlı gənc intihar edib

Bu gün Neftçala rayonunun Aşağı Surra kəndində intihar hadisəs

arrow Ətraflı
ABŞ-ın dövlət katibi Gürcüstanda olub like
  • 12 Yan 13:33  
Dünya ABŞ-ın dövlət katibi Gürcüstanda olub

Görüşdə ABŞ-Gürcüstan strateji tərəfdaşlığının əhəmiyyəti bir d

arrow Ətraflı
İnstaqramdan iki YENİ FUNKSİYA birdən like
  • 12 Yan 13:33  
Digərləri İnstaqramdan iki YENİ FUNKSİYA birdən

İnstaqram Hekayə xüsusiyyəti üçün statistika və reklam funksiyaları tə

arrow Ətraflı
Nardaran hadisələri ilə bağlı daha bir dəstənin məhkəməsi başlayır like
  • 12 Yan 13:31  
Digərləri Nardaran hadisələri ilə bağlı daha bir dəstənin məhkəməsi başlayır

Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan

arrow Ətraflı
Millimiz yerini dəyişmədi like
  • 12 Yan 13:26  
İdman Millimiz yerini dəyişmədi

FİFA futbol üzrə milli komandaların yeni reytinq cədvəlini açıql

arrow Ətraflı
Müğənnidən Gülşənin yeni doğulan oğluna qiymətli hədiyyə  FOTO like
  • 12 Yan 13:24  
Digərləri Müğənnidən Gülşənin yeni doğulan oğluna qiymətli hədiyyə FOTO

Ötən il iyunun 10-da Barselonada tələsik toy edən məşhur müğənn

arrow Ətraflı
Trampın qızı yeni vəzifəsi, həyatı və gələcək dəyişikliklərdən danışdı  FOTO like
  • 12 Yan 13:22  
Dünya Trampın qızı yeni vəzifəsi, həyatı və gələcək dəyişikliklərdən danışdı FOTO

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qızı İvanka biznesdən m

arrow Ətraflı