Trampın qızı yeni vəzifəsi, həyatı və gələcək dəyişikliklərdən danışdı FOTO


Dünya 12 Yan 2017 13:22:02 43 0

Trampın qızı yeni vəzifəsi, həyatı və gələcək dəyişikliklərdən danışdı  FOTO

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qızı İvanka biznesdən müvəqqəti gedəcəyini açıqlayıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə İvanka Tramp öz Facebook səhifəsində yazıb.

İvanka Tramp qeyd edib ki, Donald Tramp ABŞ prezidenti vəzifəsini icra etməyə başlayandan sonra o, geyim və aksessuar şirkətindən müvəqqəti olaraq ayrılacaq, şirkətin idarəolunmasında iştirak etməyəcək.

Qeyd edək ki, Donald Tramp yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonra ABŞ prezidenti kimi fəaliyyətə başlayacaq.

ABŞ-ın yeni prezidenti Donald Trampın qızı və kürəkəni də onunla birlikdə Vaşinqtona köçməyə qərar verib.

Son.az publika.az-a istinadən xəbər verir ki, İvanka deyib ki, bir sıra məsələlərdə atasına kömək edəcək:

"Atam prezident vəzifəsinə başladıqdan sonra "The Trump Organization" şirkətindən rəsmən ayrılacaq, eləcə də şəxsi geyim və aksessuarlar brendi ilə daha məşğul olmayacam. Ərim Cared və uşaqlarımla birlikdə Vaşinqtona yerləşəcəm. Cared prezidentin ilk müşaviri olacaq. Başlanğıc üçün təzə yerdə üç uşağın rahatlığını düşünməliyəm".

O əlavə edib ki, onun qardaşları "The Trump Organization" idarəsinin vəzifəsini öz üzərinə götürəcək, təyin etdiyi şəxs isə brendinə nəzarət edəcək. İvanka açıq məktubunda atasının prezidentliyi zamanı məşğul olmaq istədiyi prioritet istiqamətlər haqqında da məlumat verib:

"Mən təhsil, həmçinin sahibkar qadınların iş yerində potensial imkanlarının genişləndirilməsi ilə yaxından maraqlanıram. Ölkənin ən effektiv inkişaf yolunu tapmaq üçün onlara qulaq asmaq və fikirlərini eşitmək istəyirəm. İşə başlamağı və sizinlə görüşməyi səbirsizliklə gözləyirəm".

loading...

Xəbərə aid fotolar

Tiflisdə prezidentin kürəkənini yaraladılar like
  • 12 Yan 13:20  
Dünya Tiflisdə prezidentin kürəkənini yaraladılar

Tiflisdə Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin kürəkən

arrow Ətraflı
Əməkdar artist Fransada konsert verəcək like
  • 12 Yan 13:19  
Şou-biznes Əməkdar artist Fransada konsert verəcək

Əməkdar artist Şahin Növrəsli fevralda Fransada konsert verəcək.

arrow Ətraflı
"WhatsApp"dan bir pis, iki yaxşı xəbər: like
  • 12 Yan 13:17  
Digərləri "WhatsApp"dan bir pis, iki yaxşı xəbər:

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan "WhatsApp"dan bir pis, iki

arrow Ətraflı
Bakıda məktəbdə YANĞIN like
  • 12 Yan 13:16  
Digərləri Bakıda məktəbdə YANĞIN

Bakının Xətai rayonunda yerləşən 264 saylı məktəbdə yanğın baş ver

arrow Ətraflı
Bakıda mənzildən 12 min dollar oğurlanıb like
  • 12 Yan 13:15  
Sosial Bakıda mənzildən 12 min dollar oğurlanıb

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma a

arrow Ətraflı
Məşhur müğənninin çılpaq şəkli yayıldı  FOTO like
  • 12 Yan 13:15  
Digərləri Məşhur müğənninin çılpaq şəkli yayıldı FOTO

Məşhur müğənni Selena Qomesin çılpaq fotosu yayılıb.

arrow Ətraflı
"Aprel" döyüşündən sağ çıxan yeganə erməni əsgərdən ŞOK ETİRAF  VİDEO like
  • 12 Yan 13:14  
Siyasət "Aprel" döyüşündən sağ çıxan yeganə erməni əsgərdən ŞOK ETİRAF VİDEO

Ermənistan Milli Təhlükəsizlik və Müdafiə Nazirliklərinə məxsus "Ermə

arrow Ətraflı
Bakıda zibillikdə tapılan körpədən XƏBƏR VAR like
  • 12 Yan 13:12  
Digərləri Bakıda zibillikdə tapılan körpədən XƏBƏR VAR

Ötən il dekabr ayının 12-də Bakıda zibillikdə tapılan körpə reanimasiy

arrow Ətraflı
İki bank valyuta satışını bərpa etdi like
  • 12 Yan 13:11  
Digərləri İki bank valyuta satışını bərpa etdi

Bu gün daha 2 bank dollar satışına start verib.

arrow Ətraflı
Daşınmaz əmlakın qeydiyyatında YENİLİK like
  • 12 Yan 13:10  
Digərləri Daşınmaz əmlakın qeydiyyatında YENİLİK

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatında daha bir yenilik - "Əmla

arrow Ətraflı
Kreditlər nağdsız formada veriləcək like
  • 12 Yan 13:07  
Digərləri Kreditlər nağdsız formada veriləcək

Bu ildən Azərbaycanda banklar müştərilərə kreditləri nağdsız formada v

arrow Ətraflı
Avropanın "ən yaşlı" liqaları məlum olub like
  • 12 Yan 13:05  
İdman Avropanın "ən yaşlı" liqaları məlum olub

Avropaya daxil olan ölkələrin çempionatlarda orta yaş göstə

arrow Ətraflı