"Əmlakın qeydiyyatı kalkulyatoru" istifadəyə verilib


İqtisadiyyat 12 Yan 2017 12:56:50 50 0

"Əmlakın qeydiyyatı kalkulyatoru" istifadəyə verilib

"Əmlak kalkulyatoru" Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsində yaradılıb

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün daşınmaz əmlakın qeydiyyatında növbəti yenilik olan “Əmlakın qeydiyyatı kalkulyatoru”nu vətəndaşların istifadəsinə verilməsi ilə bağlı təqdimat keçirib.

“Report”un xəbərinə görə, bu yeniliyin məqsədi qeydiyyat xidmətlərində şəffaflığın, maarifləndirmənin daha da artırılması və rahatlığın təmin edilməsidir.

Komitənin sədr müavini Rafiq Cəlilov bildirib ki, ƏMDK-nin rəsmi internet səhifəsində yaradılan “Əmlak kalkulyatoru” sayəsində ölkə vətəndaşları, fiziki və hüquqi şəxslər əmlakla bağlı qeydiyyat xidmətlərinə dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya biləcəklər: "Bu daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində göstərilən xidmətlərin daha da sadələşməsi deməkdir. Vətəndaşlar sənədləşdirmə üçün zəruri rüsum və xidmət haqqını öncədən öyrənməklə vaxtlarına qənaət edəcəklər. Məbləğin əvvəlcədən dəqiq bilinməsi istifadəçilərin özləri üçün ən optimal variantı seçməsi və sənədləşdirməyə başlayıb-başlamamaqla bağlı istədiyi qərarı verməsini təmin edir. Bu yenilik vətəndaşa rahat və operativ qaydada əmlakına çıxarış almağa, habelə əmlakla bağlı digər hüquqi əməliyyatları aparmağa daha rasional imkanlar yaradır".

Onun sözlərinə görə, bügunədək aparılan islahatlar və tətbiq edilən yeniliklər sayəsində əmlakın qeydiyyatı xeyli sadələşib: "Hazırda tətbiq olunan "bir pəncərə" prinsipi sayəsində fiziki və hüquqi şəxslər öz əmlaklarını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməklə rahatlıqla sənədləşdirirlər. Komitənin “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətləri sayəsində hətta ən ucqar kəndlərdə, qəsəbələrdə belə qeydiyyat xidmətləri vətəndaşlara əlçatan olub".

Sonra tədbirdə “Əmlakın qeydiyyatı kalkulyatoru”ndan istifadə qaydaları, üstünlükləri və faydaları barədə təqdimat olub və əyani nümayiş etdirilib. Yeni funksiya Komitənin daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərdiyi bütün xidmətlərini əhatə edir. "Əmlakın qeydiyyatı kalkulyatoru” sadə və məntiqi tərtib edildiyindən ondan istifadə qaydaları çox sadə və anlaşılandır. Bura mənzilin, fərdi evin, torpaq sahələrinin qeydiyyatı ilə bağlı çıxarışın alınması, texniki pasportun əldə olunması, əmlakla bağlı sadə və məhdudlaşdırıcı arayışlar, əmlakın qabaqcadan qeydiyyatı, yüklülükdən azad etmə, daşınmaz əmlaka ünvan təyin edilməsi, ünvan məlumatlarının verilməsi xidmətləri aiddir. Daşınmaz əmlakların ilkin qeydiyyatı, alqı-satqısı, bağışlanma, dublikatın verilməsi, texniki pasportların və plan ölçülərin alınması zamanı tələb olunan dövlət rüsumu və xidmət haqqıelektron qaydada hesablanır. Hesablanmadan əvvəl istifadəçi əmlakın yerləşməsi və sahəsini də qeyd edir. Bu xüsusiyyətlər də nəzərə alınmaqla yekun rəqəm göstərilir. Eyni zamanda bütün əməliyyatların vətəndaşın istəyindən asılı olaraq tezləşmə qaydası iləaparılması və sənədlərin hazırlanması ilə bağlı da hesablama imkanları var.

loading...
Şok kadrlar: bayram faciəyə çevrildi  VİDEO  FOTO like
  • 12 Yan 12:56  
Digərləri Şok kadrlar: bayram faciəyə çevrildi VİDEO FOTO

Hindistandakı siqhlərin ekstremal, ölüm riski həddindəki şouları dünyad

arrow Ətraflı
Ermənistan KİV: "Serj Sarqsyan baş nazirin fəaliyyətindən narazıdır" like
  • 12 Yan 12:54  
Dünya Ermənistan KİV: "Serj Sarqsyan baş nazirin fəaliyyətindən narazıdır"

"Jamanak": "Sarqsyan Karen Karapetyanın təyinatını prezident olduğu dövrd

arrow Ətraflı
AZAL BakıGəncə aviareysini bağladı like
  • 12 Yan 12:54  
Digərləri AZAL BakıGəncə aviareysini bağladı

"Azərbaycan Hava Yolları" (AZAL) QSC yanvarın 9-dan etibarən Bakı

arrow Ətraflı
Mərkəzi Bankdan kommersiya banklarına like
  • 12 Yan 12:53  
İqtisadiyyat Mərkəzi Bankdan kommersiya banklarına

Mərkəzi Bankın 4 faizlik marjanın ləğvi ilə banklara ünvanladığı

arrow Ətraflı
Daha bir türk serialı reytinq qurbanı oldu  FOTO like
  • 12 Yan 12:52  
Digərləri Daha bir türk serialı reytinq qurbanı oldu FOTO

Baş rollarına Erdal Özyağcılar, Aslı Bekiroğlu, Yılmaz Kunt, Sermet Yeş

arrow Ətraflı
Bakıda yaşayış evinə silahlı basqın like
  • 12 Yan 12:50  
Digərləri Bakıda yaşayış evinə silahlı basqın

Paytaxtda yaşayış evinə silahlı basqın olub.

arrow Ətraflı
Fatih Terim Azərbaycan yığmasının üzvünü istəyir like
  • 12 Yan 12:49  
İdman Fatih Terim Azərbaycan yığmasının üzvünü istəyir

Azərbaycanın 21 yaşlılardan ibarət millisinə çağırılan H

arrow Ətraflı
Teymur Əmrahdan Gülyanağa: "Gələn çəkilişə qədər doğmasa..." like
  • 12 Yan 12:47  
Şou-biznes Teymur Əmrahdan Gülyanağa: "Gələn çəkilişə qədər doğmasa..."

ATV-də yayımlanan "Tanıdım səni" layihəsinin efirində əməkdar

arrow Ətraflı
Şok kadrlar: hörümçək ilanı tora salıb öldürdü  VİDEO  FOTO like
  • 12 Yan 12:43  
Digərləri Şok kadrlar: hörümçək ilanı tora salıb öldürdü VİDEO FOTO

"Redbək" adlanan, belində qırmızı xalı olan qara hörümçək dünyanın

arrow Ətraflı
Ali Məhkəmə Saday Şəkərlinin kassasiya şikayətini rədd etdi like
  • 12 Yan 12:42  
Sosial Ali Məhkəmə Saday Şəkərlinin kassasiya şikayətini rədd etdi

Ali Məhkəmədə hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilərək

arrow Ətraflı
Təhsil Nazirliyi: Aparat rəhbəri vəzifəsi hazırda vakantdır like
  • 12 Yan 12:39  
Sosial Təhsil Nazirliyi: Aparat rəhbəri vəzifəsi hazırda vakantdır

Təhsil nazirinin yeni müavini isə artıq kollektivə təqdim olunub

arrow Ətraflı
“Bulla-dəniz” yatağında qazyığma məntəqəsi inşa edilir like
  • 12 Yan 12:39  
İqtisadiyyat “Bulla-dəniz” yatağında qazyığma məntəqəsi inşa edilir

"Bulla-dəniz” yatağında hasil olunan 6,9 mln. kubmetr qazın, eləcə də 1

arrow Ətraflı
"Hamiləliyim ağır keçməsəydi, beş uşaq doğardım"  FOTO like
  • 12 Yan 12:38  
Digərləri "Hamiləliyim ağır keçməsəydi, beş uşaq doğardım" FOTO

Müğənni Demet Akalının iki gün əvvəl təqdim etdiyi "Ah Ulan Sevda&

arrow Ətraflı