Prokuror QHT sədrinə 13 il cəza istədi


Sosial 12 Yan 2017 12:05:00 62 0

Prokuror QHT sədrinə 13 il cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə, qanunsuz sahibkarlıqda və digər cinayətlərdə təqsirləndirilən QHT sədri İlqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Eldar İsmayılov sədrlik edib. Prosesdə dövlət ittihamçısı Mübariz Mirili çıxış edərək İ.Əliyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses yanvarın 24-də davam edəcək.

Qeyd edək ki, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı İlqar Əliyev gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib və monitorda metal əşyaların təsvirləri əks olunduğuna görə təkrar yoxlama aparılıb.

Yoxlama zamanı sərnişin İlqar Əliyevə məxsus çamadanda olan şəxsi əşyaların arasından əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, elektron, kağız üzərində yazılı və ya şifahi formada bəyan edilməyən, metaldan hazırlanmış 7 ədəd müxtəlif ölçülü və formalı bıçaqlar, 1 ədəd beşguşəli, itibucaqlı ulduz formalı predmet, 1 ədəd kameralı qələm və 1ədəd kameralı eynək aşkar olunaraq protokol əsasında götürülüb. İ.Əliyev izahatında "Yeni Sabah” Qeyri-Hökumət Təşkilatının sədri olduğunu və həmin əşyaları Tailandın Pattaya şəhərində olarkən mağazadan aldığını bildirib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən bıçaqlardan 5-i soyuq silah hesab olunur, 1 ədəd eynək və 1 ədəd qələm isə mövcud ola biləcək məlumatları izləmək, dinləmək, köçürmək, pozmaq, əlavə etmək kimi funksiyalara malikdir və onlar gizli yolla informasiya əldə etmək üçün nəzərdə tutulmuş əşyalardır.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə), 192-ci (qanunsuz sahibkarlıq), 228.4-cü (qanunsuz silah saxlama) və 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.

loading...
Sarkisyan mandat alverinə başladı like
  • 12 Yan 12:02  
Dünya Sarkisyan mandat alverinə başladı

Ermənistanın Daşnaksütyun partiyası ölkə prezidenti Serj Sarkisyandan onl

arrow Ətraflı
Bakıda daha bir piyada öldü like
  • 12 Yan 12:01  
Kriminal Bakıda daha bir piyada öldü

Bakıda piyadanı maşın vuraraq öldürüb.

arrow Ətraflı
Azərbaycan bu gündən tam "üzən məzənnə"yə keçir like
  • 12 Yan 12:00  
İqtisadiyyat Azərbaycan bu gündən tam "üzən məzənnə"yə keçir

Azərbaycan Mərkəzi Bankı (AMB) artıq bu gün keçirəcəyi valyuta hərrac

arrow Ətraflı
Messi rekordu təkrarladı, Suares 100-ə çatdı, Neymar sindromu qırdı like
  • 12 Yan 12:00  
İdman Messi rekordu təkrarladı, Suares 100-ə çatdı, Neymar sindromu qırdı

“Barcelona”nın hücum “trio”su növbəti uğurlu çıxışla ya

arrow Ətraflı
Dollar Türkiyədə tarixi rekordunu yeniləyib like
  • 12 Yan 11:58  
İqtisadiyyat Dollar Türkiyədə tarixi rekordunu yeniləyib

Uçot dərəcəsinin artırılması qərarı məzənnəni 3,60 TRY/USD-yə sala

arrow Ətraflı
Rusiyanın Ermənistandakı hərbi bazasının tank ekipajları tank biatlonuna hazırlaşır like
  • 12 Yan 11:57  
Dünya Rusiyanın Ermənistandakı hərbi bazasının tank ekipajları tank biatlonuna hazırlaşır

Təlimlərə 100-dən çox hərbçi və 30 ədəd xüsusi hərbi texnika, o cüm

arrow Ətraflı
ATƏT Ermənistanda fəaliyyətini dayandırır like
  • 12 Yan 11:53  
Dünya ATƏT Ermənistanda fəaliyyətini dayandırır

ATƏT-in İrəvan ofisi fəaliyyətini dayandırır.

arrow Ətraflı
Təhsil nazirinə yeni müavin təyin olundu like
  • 12 Yan 11:52  
Digərləri Təhsil nazirinə yeni müavin təyin olundu

Təhsil Nazirliyində yeni kadr təyinatı həyata keçirilib.

arrow Ətraflı
Bakıda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb like
  • 12 Yan 11:51  
Sosial Bakıda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır

arrow Ətraflı
Hollivud seksizmi haqqında: "Ona məndən üç dəfə çox pul verdilər!" like
  • 12 Yan 11:48  
Digərləri Hollivud seksizmi haqqında: "Ona məndən üç dəfə çox pul verdilər!"

Natali Portman da bir çox aktrisalar kimi Hollivud seksizmi haqqında danışma

arrow Ətraflı
"Qafqaz Universitetinin diplomları tanınmasın!" like
  • 12 Yan 11:46  
Digərləri "Qafqaz Universitetinin diplomları tanınmasın!"

Türkiyənin Yüksək Təhsil Şurası bir sıra xarici ölkələrdə FETÖ-yə

arrow Ətraflı