Prokuror Şamaxıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsə ağır cəza istəyib


Sosial 12 Yan 2017 10:58:50 66 0

Prokuror Şamaxıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsə ağır cəza istəyib

Məhkəmənin növbəti prosesi yanvarın 19-na təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayonunda qardaşını odlu silahla qətlə yetirməkdə təqsirləndirilən Rəşidzadə Azad Əli oğlunun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

“Report”un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında A.Rəşidzadənin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Günay Hacıyeva müdafiə çıxışı edib. O, müvəkkilinin günahsız olduğunu, dövlət ittihamçısının istədiyi cəza ilə razı olmadığını bildirib. Vəkil məhkəmədən ədalətli cəza təyin edilməsini istəyib.

Məhkəmənin növbəti prosesi yanvarın 19-na təyin edilib.

İttiham aktına əsasən, Şamaxı rayon sakini 1971-ci il təvəllüdlü Rəşidzadə Azad Əli oğlu ailə münaqişəsi zəminində ov tüfəngi ilə qardaşı 1967-ci il təvəllüdlü Rəşidov Azər Əli oğlunu güllələyib. Nəticədə ağır xəsarətlər alan A.Rəşidov hadisə yerində dünyasını dəyişib.

Bundan başqa, hadisə zamanı A.Rəşidzadə onun qarşısını kəsən öz həyat yoldaşı 1982-ci il təvəllüdlü İbadova Möminə Əlişah qızına da atəş açıb. Güllə qadının qolunu yaralayıb. Daha sonra M.İbadova Şamaxı rayon Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisəni törədən A.Rəşidzadə isə polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham olunur.

loading...
BANM-də layihə iştirakçıları mükafatlandırılıb like
  • 12 Yan 10:57  
Sosial BANM-də layihə iştirakçıları mükafatlandırılıb

“Kvant fizikası gənc alimlərin təqdimatında” adlı layihə başa çatı

arrow Ətraflı
İkinci yarış günündə 164 pəhləvan yarışır like
  • 12 Yan 10:57  
İdman İkinci yarış günündə 164 pəhləvan yarışır

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzr

arrow Ətraflı
Məktəb direktoru: "Mənə Aygün Kazımovayla qızının seks videosunu göstərdi" like
  • 12 Yan 10:55  
Digərləri Məktəb direktoru: "Mənə Aygün Kazımovayla qızının seks videosunu göstərdi"

Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam ort

arrow Ətraflı
2 otaqlı ev yandı like
  • 12 Yan 10:54  
Digərləri 2 otaqlı ev yandı

Tovuz rayonunda vətəndaşa məxsus evdə yanğın olub.

arrow Ətraflı
Sarkisyan mandat alverinə başladı like
  • 12 Yan 10:51  
Digərləri Sarkisyan mandat alverinə başladı

Ermənistanın Daşnaksütyun partiyası ölkə prezidenti Serj Sarkisya

arrow Ətraflı
Estoniya XİN başçısı Azərbaycana səfər etmək niyyətindədir like
  • 12 Yan 10:49  
Siyasət Estoniya XİN başçısı Azərbaycana səfər etmək niyyətindədir

Bakıda Azərbaycan-Estoniya hökumətlərarası komissiyasının iclası keçir

arrow Ətraflı
Aldadılan qadın sevgilisinin cinsiyyət orqanını qopartdı  VİDEO like
  • 12 Yan 10:49  
Dünya Aldadılan qadın sevgilisinin cinsiyyət orqanını qopartdı VİDEO

ABŞ-da sevgilisi tərəfindən aldadıldığını öyrənən qadın, özündən

arrow Ətraflı
Prezident İlham Əliyev AŞPAnın Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul edib  FOTO like
  • 12 Yan 10:46  
Siyasət Prezident İlham Əliyev AŞPAnın Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul edib FOTO

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pr

arrow Ətraflı
Qəzet redaktoru uşaqlara qarşı əxlaqsızlıq etdi like
  • 12 Yan 10:45  
Dünya Qəzet redaktoru uşaqlara qarşı əxlaqsızlıq etdi

O, sosial şəbəkədə uşaqları adladıb çılpaq şəkillərini aldığına

arrow Ətraflı
"Zapı"ya 12 min dollar xərc qoyub yarış maşınına çevirdi  VİDEO like
  • 12 Yan 10:40  
Dünya "Zapı"ya 12 min dollar xərc qoyub yarış maşınına çevirdi VİDEO

"Zaporojets"ə "BMW" mühərriki qoyulmaqla yanaşı, xarici görünüşü də d

arrow Ətraflı