Şən və Hazırcavablar Klubunun festivalına Qarabağ da dəvət olunub


Digərləri 11 Yan 2017 23:37:00 311 0

Şən və Hazırcavablar Klubunun festivalına Qarabağ da dəvət olunub

Yanvarın 10-da Rusiyanın Soçi şəhərində Şən və Hazırcavablar Klubunun (ŞHK) sayca 28-ci “KiViN-2017” beynəlxalq festivalı start götürüb. Bu yarışda müxtəlif ölkələrin komandaları ilə yanaşı, “Bakı yığması” adlı Azərbaycan komandası da iştirak edir. Lakin ölkəmizdən Soçiyə, belə demək mümkünsə, daha bir komanda dəvət alıb – bu, Dağlıq Qarabağdakı separatçı rejimi təmsil edən “Duzlu-çörəkli” komandasıdır.

ŞHK Beynəlxalq ittifaqının prezidenti Aleksandr Maslyakov tərəfindən Qarabağ komandasının yarışa dəvət alması ölkəmiz üçün, yumşaq desək, gözlənilməz addım olub.

Virtualaz.org xəbər verir ki, bu məlumatı təsdiqləmək üçün “Sputnik Azərbaycan” agentliyi “AMiK” Televiziya yaradıcılıq birliyinə müraciət edib. Orada xəbəri heç cür şərh etməyiblər, sadəcə olaraq, bildiriblər ki, əgər komandanın adı siyahıda varsa, birmənalı şəkildə yarışda iştirak edir.

Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, lakin onun ərazisində qondarma “DQR” yaradılıb və bu separatçı qurum dünyanın heç bir ölkəsi tərəfindən tanınmır.

Təəssüf ki, nə yerli “Bakı yığması” komandamız, nə agentliyin müraciət etdiyi Milli Məclisin deputatları bu məlumatı şərh etmək istəməyiblər. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində məsləhət görüblər ki, şərh üçün Xarici İşlər Nazirliyinə müraciət edilsin. XİN isə “topu” yenidən mədəniyyət nazirliyi tərəfə ötürüb.

Vəziyyətlə bağlı əfsanəvi “Bakılı oğlanlar” komandasının ən parlaq üzvlərindən biri, Azərbaycanın əməkdar artisti Tahir İmanov fikrini bildirib: “Necə düşünürsünüz, əsli Qarabağdan olan adam bu xəbərə necə reaksiya verə bilər? Əlbəttə ki, mən onların festivalda iştirakının əleyhinəyəm! Mən prezidentimiz İlham Əliyevin siyasətini tamamilə dəstəkləyirəm: separatçı rejimə aid olan hər şey bütün beynəlxalq konvensiyaların kobud pozuntusudur”.

İmanovun fikrincə, “Bakı yığması” Soçidəki festivalda etirazını bildirməlidir. Artist qeyd edib ki. belə vəziyyətlərdə “Bakılı oğlanlar”ın kapitanı Anar Məmmədxanovun həyatda olmamasına heyfsilənir. Əgər o sağ olsaydı, bu cür hadisə baş verə bilməzdi, çünki Məmmədxanov təkcə ölkəmizdə deyil, bütünm beynəlxalq ŞHK aləmində böyük nüfuza malik idi.

loading...
Trampın ilk mətbuat konfransında qalmaqal like
  • 11 Yan 23:36  
Dünya Trampın ilk mətbuat konfransında qalmaqal

ABŞ-ın 44-cü prezidenti Donald Trampın Nyu-Yorkda keçirdiyi ilk mətbuat ko

arrow Ətraflı
80cı illərin saç stilləri yenidən dəbə minəcək  FOTO like
  • 11 Yan 23:33  
Digərləri 80cı illərin saç stilləri yenidən dəbə minəcək FOTO

Qadınlar hər zaman, xüsusi ilə də yeni ildə radikal dəyişikliyə can at

arrow Ətraflı
Qışda şalı belə bağlayın  FOTO like
  • 11 Yan 23:30  
Digərləri Qışda şalı belə bağlayın FOTO

Qışda qalın geyimlər geyinildiyindən cazibədarlıq arxa plana keçir. Amma

arrow Ətraflı
Ən müasir hamam dizaynları  FOTO like
  • 11 Yan 23:27  
Digərləri Ən müasir hamam dizaynları FOTO

Son.az lent.az-a istinadən dizaynı və görünüşləri ilə möhtəşəm rə

arrow Ətraflı
Dərbənddə azərbaycanlı polis əməkdaşı qətlə yetirilib like
  • 11 Yan 23:24  
Digərləri Dərbənddə azərbaycanlı polis əməkdaşı qətlə yetirilib

Dağıstan Respublikasının Dərbənd şəhərində Azərbaycan əsilli polis

arrow Ətraflı
Çeçenistanda 4 silahlı öldürülüb, 1 polis həlak olub like
  • 11 Yan 23:24  
Dünya Çeçenistanda 4 silahlı öldürülüb, 1 polis həlak olub

Çeçenistanda keçirilən əməliyyat zamanı 4 silahlı öldürülüb,1 polis

arrow Ətraflı
Gözqamaşdırıcı nənələr  FOTO like
  • 11 Yan 23:21  
Digərləri Gözqamaşdırıcı nənələr FOTO

Bu qadınların yaşı 50-ni keçib və artıq nəvə sabhidilər. Lakin onları

arrow Ətraflı
Ötən ilin ən yaxşı FOTOLARI like
  • 11 Yan 23:18  
Digərləri Ötən ilin ən yaxşı FOTOLARI

Dünyanın aparıcı foto saytları 2016-cı ilin ən yaxşı fotolarını müə

arrow Ətraflı
Məşhur aktrisanın makiyajsız halı  FOTO like
  • 11 Yan 23:14  
Digərləri Məşhur aktrisanın makiyajsız halı FOTO

Aktrisa Selma Hayek İnstaqram səhifəsində makiyajsız fotolarını paylaşı

arrow Ətraflı
Burun əməliyyatına hazırlaşanlar like
  • 11 Yan 23:10  
Digərləri Burun əməliyyatına hazırlaşanlar

Burnunun görünüşünə görə kompleksə düşən insanlar kompleksdən xilas

arrow Ətraflı
Bütün dövrlərin 10 əsas gözəllik tendensiyası  FOTO like
  • 11 Yan 23:07  
Digərləri Bütün dövrlərin 10 əsas gözəllik tendensiyası FOTO

Kembric hersoginyası Keyt Middltonun saçı bütün dövrlərin əsas gözəlli

arrow Ətraflı
Qeyriadi dizaynı ilə fərqlənən papaqlar  FOTO like
  • 11 Yan 23:04  
Digərləri Qeyriadi dizaynı ilə fərqlənən papaqlar FOTO

Baş örtükləri istənilən zamanlarda qadınların ən çox sevdiyi aksesuarl

arrow Ətraflı
ABŞ-ın İsraildəki səfirliyi Təl-Əvivdən Qüdsə köçürüləcək? like
  • 11 Yan 23:02  
Dünya ABŞ-ın İsraildəki səfirliyi Təl-Əvivdən Qüdsə köçürüləcək?

Tramp administrasiyası müttəfiqlərinə bildirib ki, ABŞ-ın İsraildək

arrow Ətraflı