Səhər acqarına ilıq su içsəniz...


Digərləri 11 Yan 2017 22:34:00 75 0

Səhər acqarına ilıq su içsəniz...

Günə bir stəkan ilıq su ilə başlamağın və günü bir stəkan ilıq su ilə bitirməyin sağlamlığa inanılmaz faydaları var. Son.az lent.az-a istinadən bildirir ki, ilıq su içməyin faydalarını təqdim edir.

Həzm prosesinə faydalıdır   Həzm probleminiz varsa, mütəmadi olaraq ilıq su içməlisiniz. Qidaların mədədə parçalanmasına yardımçı olur. Belə halda həzm sistemi daha az enerji sərf edir. Həm də bədənin artıq mədə turşusundan təmizlənməsinə yardımçı olur.   Qəbizliyə faydalıdır   Mədəniz boş ikən mütəmadi olaraq ilıq su içsəniz, bağırsaq normasında çalışar və qəbizlik problemi yaşamazsınız. Qəbizlik nazik bağırsaqda yetərincə maye olmaması ilə bağlıdır. İlıq su bağırsaqları yumşaldır, köpü azaldır və qarnı rahatladır. Qəbizliklə mübarizə aparmaq üçün hər səhər ac qarına bir stəkan ilıq və ya isti su için. Daha çox faydalanmaq üçün suya bir miqdar bal və ya limon suyu əlavə edə bilərsiniz.   Boğaz ağrısını sakitləşdirir   Boğazda soyuqdəymə və ya qriplə bağlı ağrı varsa, ilıq su içərək rahatlaya bilərsiniz. İlıq su təkcə boğaz ağrısını rahatlatmır, eyni zamanda burun tıxanmasını da açır.   Artıq çəkiləri atmağa yardım edir   Pəhriz proqramına əməl edirsinizsə, ilıq su içərək də arıqlamanıza yardım etmiş olarsınız. İlıq su maddələr mübadiləsini sürətləndirir. Beləcə, bədən daha çox kalori yandırır. Daha yaxşı effekt üçün hər səhər bir stəkan ilıq suya bir miqdar limon suyu əlavə edə bilərsiniz.   Detoks təsiri   Bir neçə stəkan ilıq su içsəniz, bədən istiliyi artar. Bədəndəki toksinlər də tərlə birlikdə atılır. Toksinlərin bədəndən atılması da sızanaq kimi dəri problemlərindən qurtulmağa yardımçı olur.   Menstruasiya sancısını azaldır   İlıq su uşaqlıqdakı əzələləri rahatladaraq, menstruasiya ağrılarının qarşısını alır.   Qan dövranını yaxşılaşdırır   Mütəmadi ilıq su içiləndə əzələ və sinir hərəkətləri üçün gərəkli olan, eyni zamanda toxuma və orqanlara qan daşınması üçün əhəmiyyət kəsb edən qan dövranı sürətlənir. Beləcə, bədən istiliyi artır.   Yaşlanmanı gecikdirir   İlıq su bədəndəki toksinlərin atılmasına yardımçı olur, bir çox xəstəliyin qarşısını alır, dəri sağlamlığını qoruyur. İlıq su içdiyimizdə dəridəki hüceyrələr yenilənir, dəri elastikliyi artır. Detoks təsirini artırmaq üçün bir stəkan suya ½ limon suyu əlavə edin.   Yuxuya rahat gedə bilərsiniz   Yuxu problemi yaşayırsınızsa, yatmadan əvvəl bir stəkan ilıq su için. İlıq su bədən istiliyini artırır, bədəni rahatladır və sinirləri sakitləşdirir.   Qeyd: İsti su ağzınızdakı və udlağınızdakı toxumalara zərər verə biləcəyi üçün hər zaman ilıq su içməlisiniz. Yeməyin yanında soyuq su əvəzinə ilıq su için. Soyuq su içərkən bədən istiliyi yüksəltmək üçün daha çox enerji sərf etməli olur. Bu da həzmi çətinləşdirir.   Ancaq idmandan sonra bədən istiliyi çox yüksək olduğu üçün ilıq su içməkdən qaçın.

loading...
Azərbaycan və Belarus qarşılıqlı siyasi və iqtisadi əlaqələri müzakirə edib like
  • 11 Yan 22:32  
Siyasət Azərbaycan və Belarus qarşılıqlı siyasi və iqtisadi əlaqələri müzakirə edib

Əməkdaşlığın perspektivli istiqamətlərinə dair fikir mübadiləsi apar

arrow Ətraflı
Sosial medianın yeni fenomeni  VİDEO like
  • 11 Yan 22:31  
Digərləri Sosial medianın yeni fenomeni VİDEO

Cun Saito adlı bir gənc dəqiq atışları ilə sosial medianın yeni fenomeni

arrow Ətraflı
Bakıda ustalar evin sahibəsini zorladı  QANDONDURAN CİNAYƏT like
  • 11 Yan 22:28  
Kriminal Bakıda ustalar evin sahibəsini zorladı QANDONDURAN CİNAYƏT

Rus əsilli yaşlı qadını zorlamaqda təqsirli bilinən 1990-cı il təvəll

arrow Ətraflı
EHTİYATLI OLUN: Bu qidalar qan şəkərini yüksəldir  SİYAHI like
  • 11 Yan 22:24  
Digərləri EHTİYATLI OLUN: Bu qidalar qan şəkərini yüksəldir SİYAHI

Diabet qan şəkəri səviyyəsinin yüksək olduğu metabolik xəstəlikdir. An

arrow Ətraflı
"Ayrılmaq istəyirsənsə, bunu açıq etiraf elə" like
  • 11 Yan 22:20  
Digərləri "Ayrılmaq istəyirsənsə, bunu açıq etiraf elə"

Sevgiliniz münasibətiniz müddətində özünü xoşbəxt hiss etməyə bilər

arrow Ətraflı
İki avtomobil toqquşub, yaralanan var  FOTO like
  • 11 Yan 22:17  
Digərləri İki avtomobil toqquşub, yaralanan var FOTO

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

arrow Ətraflı
Yaqland Ermənsitanı azərbaycanlı əsgərin meyitini qaytarmağa çağırıb like
  • 11 Yan 22:14  
Digərləri Yaqland Ermənsitanı azərbaycanlı əsgərin meyitini qaytarmağa çağırıb

Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland Ermənistanı Azərbaycan əsg

arrow Ətraflı
Tramp ABŞın TəlƏvivdəki səfirliyini Qüdsə köçürməkdə israrlıdır like
  • 11 Yan 22:01  
Dünya Tramp ABŞın TəlƏvivdəki səfirliyini Qüdsə köçürməkdə israrlıdır

Tramp administrasiyası müttəfiqlərinə bildirib ki, ABŞ-ın İsraildəki di

arrow Ətraflı
İlham Əliyev: “Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir” like
  • 11 Yan 21:59  
Digərləri İlham Əliyev: “Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir”

Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır. Bunu Az

arrow Ətraflı
Neft yenə bahalaşır like
  • 11 Yan 21:52  
İqtisadiyyat Neft yenə bahalaşır

Dünənki enişdən sonra kəskin ucuzlaşmış neftin qiyməti yenidən qal

arrow Ətraflı
Azərbaycanlı aktyora böyrək köçürülüb like
  • 11 Yan 21:51  
Kriminal Azərbaycanlı aktyora böyrək köçürülüb

Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimov əməliyyat olunu

arrow Ətraflı
İlham Əliyev: "Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir" like
  • 11 Yan 21:49  
Siyasət İlham Əliyev: "Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir"

"Bu gün Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır"

arrow Ətraflı
Soyuqdəymə zamanı bunları içməyin! like
  • 11 Yan 21:48  
Digərləri Soyuqdəymə zamanı bunları içməyin!

Soyuqdəymə və qripp zamanı mayenin düzgün qəbulu sağalmanı tezləşdiri

arrow Ətraflı