“Kaspersky Lab” 2017-ci il üzrə kiberproqnozlarını tərtib edib


İqtisadiyyat 11 Yan 2017 20:50:00 43 0

“Kaspersky Lab” 2017-ci il üzrə kiberproqnozlarını tərtib edib

"Kaspersky Lab"ın ekspertləri: "Bu ilin əsas maliyyə problemi kriptovalyutalarla əlaqədar olacaq"

“Kaspersky Lab” şirkəti hər il olduğu kimi, bu il də gələcək 12 ay üzrə proqnozlarını açıqlayıb.

Şirkətdən “Report”a verilən məlumatda bildirilib ki, “Kaspersky Lab”ın ekspertlərinin fikrincə, 2017-ci ildə məlumatların konfidensiallığının və istifadəçilərin şəxsi həyatlarının incəliklərinin qorunması, kriptovalyutaların inkişaf etdiyi bir dövrdə təhlükəsizliyin təmin edilməsi, hədəf hücumlarının tanınması ən vacib məsələlərə çevriləcək.

Şirkət ekspertlərinin fikrinə əsasən, APT növlü mürəkkəb hücumların gizlilik və nəzərə çarpmamazlıq tendensiyası 2017-ci ildə yeni istiqamətdə inkişaf edəcək. Belə ki, cinayətkarlar “qısamüddətli yoluxma”lara üstünlük verəcək, hakerlər sistemdəqalma müddəti əhəmiyyətli olmayan proqram və alətlərdən istifadə edəcəklər. Bununla yanaşı, son ayların hadisələri göstərir ki, kiberhücumlar getdikcə siyasi xarakter almağa başlayır. Xüsusən də dövlət səviyyəsində böyük kibercasusluq kampaniyalarının aşkarlanması ciddi geosiyasi problemlərə yol aça bilər.

Kibercinayətkarlar tərəfindən, xüsusən də məşhurlara məxsus informasiyanın məqsədli şəkildə sızdırılması cəmiyyət və KİV tərəfindən daha çox diqqət cəlb edir.Bu ildə kibercinayətkarlar pul oğurlamaq üçün müxtəlif yollarla kiberhücumlar həyata keçirəcəklər. Şirkətin ekspertləri düşünürlər ki, yeni ildə cinayətkarların diqqət mərkəzində sadəcə banklar deyil, həm də fond birjaları və investisiya fondları kimi maliyyə təşkilatları da olacaq.

Bununla belə, bu ilin əsas maliyyə problemi kriptovalyutalarla əlaqədar olacaq. Son bir neçə ildə bu sahədə çox böyük dəyişikliklər baş verib. Əgər əvvəllər bazarda sadəcə bir bitkoin var idisə, bu gün müxtəlif kriptovalyutaların sayı artıq 50-yə çatır ki, onlardan da 10-u ciddi bazar kapitallaşmasına malikdir. İnformasiya təhlükəsizliyi sahəsinin qarşısında isə yeni kriptovalyuta infrastrukturunun qorunması məsələsi duracaq.

“Daha çox maliyyə əməliyyatlarında istifadə olunan blokçeyn texnologiyası istənilən informasiyanın təhlükəsziliyinin təmin olunmasında alternativ üsula çevrilə bilər. Müəyyən qaydalar əsasında qurulan və şirfrələmə ilə qorunan zəncir prinsipinə əsasən informasiya ötürülməsinin hər mərhələsində məlumatların sadəcə bir bloku emal olunur. Buna müvafiq olaraq, cinayətkarlar hücum zamanı lazımi bütün məlumatları əldə edə bilmədiklərinə görə əməliyyat prosesinə nəzarət edə bilmirlər. Bu prinsipi bütün internetə tətbiq etmək mümkündür. Blokçeyn bazasında tətbiqlərin sistemini yaratmaq olar ki, onların proqram və xidmətlərin fərqli komponentləri bir məlumat mərkəzində deyil, blokçeyn şəbəkəsinin bütün iştirakçıları arasında paylanır. Bu yanaşma nəinki məlumat oğurluğunun qarşısını alacaq, həm də şirkətlərin və dövlətin də keçid əldə edə bilməyəcəyi yüksək səviyyəli informasiya konfidensiallığını təmin edəcək” - “Kaspersky Lab” şirkətinin antivirus üzrə baş eksperti Aleksandr Qostev deyib.

loading...
Kiprlə bağlı danışıqlarda razılıq əldə olunub like
  • 11 Yan 20:38  
Dünya Kiprlə bağlı danışıqlarda razılıq əldə olunub

Cenevrədə Kiprlə bağlı aparılan danışıqlarda bir sıra məsələlərlə

arrow Ətraflı
Türkiyədə dolların məzənnəsi 4 lirəyə yaxınlaşır like
  • 11 Yan 20:31  
İqtisadiyyat Türkiyədə dolların məzənnəsi 4 lirəyə yaxınlaşır

Dünən Türkiyə Mərkəzi Bankının milli valyutanı - lirəni xilas

arrow Ətraflı
Həkim-fizioterapevt uşaqlarda nevrozu yaradan səbəbləri açıqlayıb like
  • 11 Yan 20:30  
Sosial Həkim-fizioterapevt uşaqlarda nevrozu yaradan səbəbləri açıqlayıb

"Uşaqlarda olan problemləri vaxtında həll etmək lazımdır"

arrow Ətraflı
Ərindən ayrılıb anasının evinə köçdü  FOTO like
  • 11 Yan 20:24  
Digərləri Ərindən ayrılıb anasının evinə köçdü FOTO

Əri, akytor Sarp Levendoğludan boşanmaq üçün məhkəməyə müraciət edə

arrow Ətraflı
“Binəqədidə yanan bina”: təqsirləndirilənlərə bəraət istənildi like
  • 11 Yan 20:19  
Digərləri “Binəqədidə yanan bina”: təqsirləndirilənlərə bəraət istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da B

arrow Ətraflı
Tanınmışların İnstaqram sərgüzəştləri  FOTO like
  • 11 Yan 20:15  
Şou-biznes Tanınmışların İnstaqram sərgüzəştləri FOTO

Tanınmış simalar ən yeni şəkillərini İnstaqram sosial şəbəkəsində p

arrow Ətraflı
Salyanda 500 manat borcu olan iki uşaq atası intihara cəhd etdi like
  • 11 Yan 20:10  
Sosial Salyanda 500 manat borcu olan iki uşaq atası intihara cəhd etdi

Bu gün günorta saatlarında Salyan şəhərində intihara cəhd hadis

arrow Ətraflı
Xəzərdə zəlzələ olub like
  • 11 Yan 20:07  
Digərləri Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ baş verib.

arrow Ətraflı
Realitişou ulduzu erotik sessiyada  FOTO like
  • 11 Yan 20:06  
Digərləri Realitişou ulduzu erotik sessiyada FOTO

Britaniyadakı "Celebrity Big Brother" realiti-şousunun ulduzu, model

arrow Ətraflı
İraq neft hasilatını azaltmağı düşünmür like
  • 11 Yan 19:58  
İqtisadiyyat İraq neft hasilatını azaltmağı düşünmür

Bu ildə İraq neft hasilatını gündəlik 7% artırmağı planlaşdırır

arrow Ətraflı
Akif Çovdarov yerindən qalxdı və zərərçəkmişi təhqir etdi like
  • 11 Yan 19:53  
Digərləri Akif Çovdarov yerindən qalxdı və zərərçəkmişi təhqir etdi

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Mill

arrow Ətraflı
Xəzər dənizində zəlzələ olub like
  • 11 Yan 19:44  
Sosial Xəzər dənizində zəlzələ olub

Dərinliyi 59 km, maqnitudası 4,5 olan zəlzələ hiss edilməyib

arrow Ətraflı