Avropa Şurası Katibliyinin nümayəndə heyəti Baş Prokurorluqda olub


Siyasət 11 Yan 2017 19:03:46 83 0

Avropa Şurası Katibliyinin nümayəndə heyəti Baş Prokurorluqda olub

Qonaqlara Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən konkret işlər barədə ətraflı məlumat verilib

Azərbaycan Respublikası Baş prokurorunun müavini Namiq Əsgərov yanvarın 11-də Avropa Şurası Katibliyinin Hüquqi məsələlər və qanunun aliliyi üzrə direktoru Filip Buaya və Siyasi məsələlər üzrə direktoru Aleksandr Qessellə görüşüb.

Respublika Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Baş prokurorun müvini Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verildiyini bildirərək Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində imzaladığı mütərəqqi qanunvericilik aktları, həyata keçirilən islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün yaradılmış normativ-hüquqi baza və korrupsiyaya qarşı mübarizə sahəsində görülən konkret işlər barədə ətraflı məlumat verib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin prokurorluq orqanları qarşısında prioritet vəzifə olduğunu diqqətə çatdıran Namiq Əsgərov çıxışında, respublikamızda “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın implementasiyası, insan hüquqlarının qorunması istiqamətində aparılan işlər, o cümlədən “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar konkret işlərin həyata keçirildiyini, eyni zamanda cinayət təqibi zamanı insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində prokurorluğun rolu və bu istiqamətdə respublikanın digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqələrin qurulduğunu xüsusi vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Filip Buaya əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurlu inkişafını, ölkəmizin Avropa Şurası ilə əməkdaşlığını təqdir edib, məhkəmə-hüquq sistemində aparılan islahatlara maraq göstərərək insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı fikirlərini bildirib.

Tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılan görüşdə Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç iştirak edib.

loading...
"Galatasaray" transfer fikrindən daşındı like
  • 11 Yan 18:54  
İdman "Galatasaray" transfer fikrindən daşındı

"Galatasaray" belçikalı müdafiəçi Nikolas Lombertsi transfe

arrow Ətraflı
Bakıda yeni əczaçılıq zavodunun təməli qoyulacaq like
  • 11 Yan 18:50  
Digərləri Bakıda yeni əczaçılıq zavodunun təməli qoyulacaq

Bakıda yeni əczaçılıq zavodunun təməli qoyulacaq.

arrow Ətraflı
Türkiyədə dollar və avronun məzənnəsi yeni tarixi rekorda çatıb like
  • 11 Yan 18:48  
İqtisadiyyat Türkiyədə dollar və avronun məzənnəsi yeni tarixi rekorda çatıb

Səbəb Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini artıracağı ilə ba

arrow Ətraflı
Azərbaycanın valyuta bazarında hansı dəyişikliklər olacaq? like
  • 11 Yan 18:47  
Digərləri Azərbaycanın valyuta bazarında hansı dəyişikliklər olacaq?

Azərbaycan Mərkəzi Bankı banklar tərəfindən valyuta mübadilə məzənnə

arrow Ətraflı
DSK sədrinin oğlunu öldürən şəxsin məhkəməsi başladı like
  • 11 Yan 18:45  
Kriminal DSK sədrinin oğlunu öldürən şəxsin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən

arrow Ətraflı
Ermənilərin növbəti musiqi oğurluğu like
  • 11 Yan 18:44  
Digərləri Ermənilərin növbəti musiqi oğurluğu

Müəllif Hüquqları Agentliyi (MHA) ermənilərin növbəti əqli

arrow Ətraflı
"Bomj"lar məhkəməyə çıxarıldı like
  • 11 Yan 18:40  
Kriminal "Bomj"lar məhkəməyə çıxarıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən

arrow Ətraflı
ADNSU ilə Frasanın Strasburq və Ren 1 universitetləri arasında müqavilə imzalanıb like
  • 11 Yan 18:39  
Sosial ADNSU ilə Frasanın Strasburq və Ren 1 universitetləri arasında müqavilə imzalanıb

UFAZ-ın strukturunun yaradılmasının müzakirəsi üçün konkret vaxt müəy

arrow Ətraflı
La Liqa klubundan 2 yeni müqavilə like
  • 11 Yan 18:38  
İdman La Liqa klubundan 2 yeni müqavilə

"Villarreal" iki futbolçusu ilə müqavilə yeniləyib. Goal.az xəb

arrow Ətraflı
Bakıda siqaret kötüyü yanğına səbəb oldu  VİDEO like
  • 11 Yan 18:37  
Digərləri Bakıda siqaret kötüyü yanğına səbəb oldu VİDEO

Son.az-ın baku.ws-ə istinadən məlumatın görə, hadisə Xan Şuşinski kü

arrow Ətraflı
Qripdən 5 nəfər öldü like
  • 11 Yan 18:33  
Dünya Qripdən 5 nəfər öldü

Rusiyada qrip epidemiyası başlayandan bəri 5 nəfər həyatını itirib.

arrow Ətraflı
Oynadığı filmdəki kimi qıza işgəncə verdi like
  • 11 Yan 18:26  
Dünya Oynadığı filmdəki kimi qıza işgəncə verdi

Evində 3 gün boyunca zorla saxladığı 20 yaşlı qızı zorlayan məşhur i

arrow Ətraflı